https://sputnik.az/20230927/abs-niye-ukraynaya-az-miqdarda-atacms-verir-459019536.html
ABŞ niyə Ukraynaya "az miqdarda" ATACMS verir?
ABŞ niyə Ukraynaya "az miqdarda" ATACMS verir?
Sputnik Azərbaycan
Hərbi icmalçı Aleksandr Xrolenko hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinə ATACMS operativ-taktiki raketlərinin məhdud partiyasının tədarükü yüksək... 27.09.2023, Sputnik Azərbaycan
2023-09-27T08:03+0400
2023-09-27T08:03+0400
2023-09-27T08:03+0400
abş
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
raket
pentaqon
ukrayna
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/459019361_0:0:3072:1728_1920x0_80_0_0_695b312b746cfe2168496de18fec41e0.jpg
ABŞ Prezidenti Cozef Bayden sentyabrın 22-də ukraynalı həmkarı Vladimir Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinə (USQ) uçuş məsafəsi 300 km-ə qədər olan ATACMS raketlərinin məhdud partiyasının verilməsi barədə məlumat verib. Eyni zamanda Pentaqon ABŞ-ın operativ-taktiki raket kompleksi (OTRK) raketlərinin böyük ehtiyatlarına malik olmadığını qeyd edib. Çoxdan gözlənilən "möcüzə silahının" Kiyevə verilməsinin media mənası şəffafdır: Vaşinqton gərginləşmə riskinə baxmayaraq, Pentaqonun arsenalında qalanlarla münaqişəni dəstəkləməyə çalışır. "Wall Street Journal" nəşri hesab edir ki, ABŞ raketlərinin kiçik partiyasının Ukrayna Silahlı Qüvvələrinə verilməsi Ukrayna hərbi əməliyyatlar teatrında güc balansını dəyişməyəcək, əksinə Almaniyanı oxşar mənzilli "Taurus" (Bundesverdə 600 ədəd var) qanadlı raketlərinin tədarükünə sövq edəcək, çünki Berlin "Vaşinqtonla birlikdə hərəkət etmək" niyyətindədir. Bu, Qərbin Rusiya ilə proksi-müharibəsinin "təhlükəsiz" alqoritmdir. ABŞ-da bütün modifikasiyalı 4000-ə yaxın ATACMS taktiki raket istehsal edilib. Ən azı 1500 ədəd müttəfiqlərə satılıb və ya istifadə edilib, qalan hissəsi isə atılmalı olan təxminən 2500 raketdir, çünki Pentaqon tezliklə uçuş məsafəsi 500 km-ə qədər olan "PrSM Increments" raketləri ilə yeni OTRK-lar alacaq. Amerikalılar ATACMS ballistik raketləri ilə Rusiyanın hava hücumundan müdafiə sistemləri olan "Buk-M3", "Tor-M2", "Pantsir-S1" və S-300V4 sistemləri arasındakı qarşıdurmanın nəticələrini maraqla gözləyirlər. Təbii ki, döyüş effektivliyi baxımından ATACMS raketləri 500 km-ə qədər uçuş məsafəsi olan Rusiya analoqları "İskəndər-M" OTRK-si ilə rəqabət apara bilməz. Otuz il qələbəsiz "Army Tactical Missile System" sistemi 1990-cı ildə ABŞ Ordusu tərəfindən qəbul edilib. OTRK raket xətti düşmən müdafiəsinin dərinliklərində yerləşən komanda məntəqələrini və rabitə mərkəzlərini, raket sistemlərini və hava hücumundan müdafiə obyektlərini, arsenalları və yanacaq və sürtkü yağlarının anbarlarını məhv etmək üçün nəzərdə tutulub. İraqda ATACMS raketlərinin döyüş istifadəsi ("Səhrada fırtınası" 1991) növbəti 30 ildə olduğu kimi parlaq səhifələrlə qeyd olunmayıb. "Lockheed Martin" istehsalı olan operativ-taktiki raket M142 HIMARS (bir-bir) və ya M270 MLRS (bir dəfəyə iki) buraxılış qurğularından buraxılır. Uçuş məsafəysi 165 km-ə qədər olan MGM-140A raketinin kasetli döyüş başlığı canlı qüvvənin və zirehli texnikanın ərazini məhv etmək üçün təxminən 950 sursat (560 kq) daşıyır. Məqsədinə görə oxşar, 300 km-ə qədər uçuş məsafəsi olan MGM-140B raketində 300-ə qədər sursat (160 kq) var. MGM 164A raketi zirehli hədəfləri və yaxşı mühafizə olunan atəş mövqelərini (tandem kumulyativ döyüş başlığı) məhv etmək üçün 13 avtomatik (öz-özünə) tuşlanan döyüş elementi (450 kq) ilə təchiz edilib. MGM 164B-nin modifikasiyası döyüş elementlərinin altıya endirilməsi hesabına daha yüngüldür (268 kq). Yalnız MGM-168A monoblok parçalayan fuqas döyüş başlığını (227 kq) daşıyır. Bütün raketlər bərk yanacaqdır və inersiyalı idarəetmə sisteminə malikdir, lakin köhnə modifikasiyalar (MGM-140 kaset raketləri) dəqiqliyi ilə fərqlənmir. Ukrayna Silahlı Qüvvələrinin hansı növ raketləri alacağı hələlik məlum deyil. ABŞ 2007-ci ildə yeni ATACMS raketlərinin alınmasını və istehsalını dayandırıb. On ildən sonra Pentaqon köhnə raketlərin modernləşdirilməsi layihəsinə start verib və OTRK-nın ABŞ ordusunda istifasəsi daha bir neçə il - ehtiyatlar tükənənə və ya saxlama müddəti bitənə qədər davam edəcək. Pentaqonun 600-dən çox "daşıyıcısı" var - 225 M270 döyüş maşını və 400-ə yaxın yeni M142. 54 ən yeni MGM-168 də daxil olmaqla 54 M142 HIMARS maşını və çoxlu sayda raket almağı planlaşdıran Rumıniya liderlər sırasına qoşulmağa çalışır. Polşa bir neçə onlarla M142 buraxılış qurğusu almağa ümid edir. Ukraynanın hərbi əməliyyatlar teatrına ATACMS raketləri və F-16 təyyarələrinin tədarükü ilə Vaşinqton Rusiya ilə uzun müddət silahlı mübarizə aparmaq üçün NATO resurslarının ciddi çatışmazlığını kompensasiya etməyə çalışır. Və o, ehtiyatsızlıqdan Moskvanı ABŞ və NATO-ya birbaşa və ağrılı cavab verməyə məcbur edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/459019361_154:0:2885:2048_1920x0_80_0_0_5c82a70e75e60dd0d92b92edb1da4a11.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
abş, raket, pentaqon, ukrayna, xüsusi hərbi əməliyyat
abş, raket, pentaqon, ukrayna, xüsusi hərbi əməliyyat
ABŞ niyə Ukraynaya "az miqdarda" ATACMS verir?
Hərbi icmalçı Aleksandr Xrolenko hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinə ATACMS operativ-taktiki raketlərinin məhdud partiyasının tədarükü yüksək texnologiyalı hərbi əməliyyatlar teatrında ABŞ-ın "möcüzə silahları"nın döyüş effektivliyinin növbəti sınağıdır.
ABŞ Prezidenti Cozef Bayden sentyabrın 22-də ukraynalı həmkarı Vladimir Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinə (USQ) uçuş məsafəsi 300 km-ə qədər olan ATACMS raketlərinin məhdud partiyasının verilməsi barədə məlumat verib.
Eyni zamanda Pentaqon ABŞ-ın operativ-taktiki raket kompleksi (OTRK) raketlərinin böyük ehtiyatlarına malik olmadığını qeyd edib. Çoxdan gözlənilən "möcüzə silahının" Kiyevə verilməsinin media mənası şəffafdır: Vaşinqton gərginləşmə riskinə baxmayaraq, Pentaqonun arsenalında qalanlarla münaqişəni dəstəkləməyə çalışır.
"Bloomberg" agentliyi ATACMS-ın döyüş istifadəsinin effektiv olduğunu sübut edərsə və Rusiya "ABŞ üçün ağrılı bir şəkildə" reaksiya verməzsə, tədarük həcminin artacağını proqnozlaşdırır.
"Wall Street Journal" nəşri hesab edir ki, ABŞ raketlərinin kiçik partiyasının Ukrayna Silahlı Qüvvələrinə verilməsi Ukrayna hərbi əməliyyatlar teatrında güc balansını dəyişməyəcək, əksinə Almaniyanı oxşar mənzilli "Taurus" (Bundesverdə 600 ədəd var) qanadlı raketlərinin tədarükünə sövq edəcək, çünki Berlin "Vaşinqtonla birlikdə hərəkət etmək" niyyətindədir.
Bu, Qərbin Rusiya ilə proksi-müharibəsinin "təhlükəsiz" alqoritmdir.
ABŞ-da bütün modifikasiyalı 4000-ə yaxın ATACMS taktiki raket istehsal edilib. Ən azı 1500 ədəd müttəfiqlərə satılıb və ya istifadə edilib, qalan hissəsi isə atılmalı olan təxminən 2500 raketdir, çünki Pentaqon tezliklə uçuş məsafəsi 500 km-ə qədər olan "PrSM Increments" raketləri ilə yeni OTRK-lar alacaq.
ABŞ və NATO üçün Ukrayna Qərb hərbi-sənaye kompleksinin - "Stinger" daşınan zenit raket kompleksinin (DZRK), "HIMARS" reaktiv yaylım atəş sisteminin (RYAS), "Bradley" piyadanın döyüş maşınının (PDM), NATO tankların, PUA-ların və dəniz kamikadze-dronların, "Storm Shadow" qanadlı raketlərin və gələcəkdə F-16 qırıcılarının fərqli məhsullarının müxtəlif müvəffəqiyyət dərəcələri ilə ikinci il sınaqdan keçirildiyi və ya məhv edildiyi sınaq və utilizasiya meydançasına çevrilib.
Amerikalılar ATACMS ballistik raketləri ilə Rusiyanın hava hücumundan müdafiə sistemləri olan "Buk-M3", "Tor-M2", "Pantsir-S1" və S-300V4 sistemləri arasındakı qarşıdurmanın nəticələrini maraqla gözləyirlər.
Təbii ki, döyüş effektivliyi baxımından ATACMS raketləri 500 km-ə qədər uçuş məsafəsi olan Rusiya analoqları "İskəndər-M" OTRK-si ilə rəqabət apara bilməz.
"Army Tactical Missile System" sistemi 1990-cı ildə ABŞ Ordusu tərəfindən qəbul edilib. OTRK raket xətti düşmən müdafiəsinin dərinliklərində yerləşən komanda məntəqələrini və rabitə mərkəzlərini, raket sistemlərini və hava hücumundan müdafiə obyektlərini, arsenalları və yanacaq və sürtkü yağlarının anbarlarını məhv etmək üçün nəzərdə tutulub.
İraqda ATACMS raketlərinin döyüş istifadəsi ("Səhrada fırtınası" 1991) növbəti 30 ildə olduğu kimi parlaq səhifələrlə qeyd olunmayıb.
"Lockheed Martin" istehsalı olan operativ-taktiki raket M142 HIMARS (bir-bir) və ya M270 MLRS (bir dəfəyə iki) buraxılış qurğularından buraxılır. Uçuş məsafəysi 165 km-ə qədər olan MGM-140A raketinin kasetli döyüş başlığı canlı qüvvənin və zirehli texnikanın ərazini məhv etmək üçün təxminən 950 sursat (560 kq) daşıyır. Məqsədinə görə oxşar, 300 km-ə qədər uçuş məsafəsi olan MGM-140B raketində 300-ə qədər sursat (160 kq) var. MGM 164A raketi zirehli hədəfləri və yaxşı mühafizə olunan atəş mövqelərini (tandem kumulyativ döyüş başlığı) məhv etmək üçün 13 avtomatik (öz-özünə) tuşlanan döyüş elementi (450 kq) ilə təchiz edilib. MGM 164B-nin modifikasiyası döyüş elementlərinin altıya endirilməsi hesabına daha yüngüldür (268 kq). Yalnız MGM-168A monoblok parçalayan fuqas döyüş başlığını (227 kq) daşıyır. Bütün raketlər bərk yanacaqdır və inersiyalı idarəetmə sisteminə malikdir, lakin köhnə modifikasiyalar (MGM-140 kaset raketləri) dəqiqliyi ilə fərqlənmir.
Ukrayna Silahlı Qüvvələrinin hansı növ raketləri alacağı hələlik məlum deyil.
ABŞ 2007-ci ildə yeni ATACMS raketlərinin alınmasını və istehsalını dayandırıb. On ildən sonra Pentaqon köhnə raketlərin modernləşdirilməsi layihəsinə start verib və OTRK-nın ABŞ ordusunda istifasəsi daha bir neçə il - ehtiyatlar tükənənə və ya saxlama müddəti bitənə qədər davam edəcək.
Pentaqonun 600-dən çox "daşıyıcısı" var - 225 M270 döyüş maşını və 400-ə yaxın yeni M142.
ATACMS kompleksləri Yunanıstan, BƏƏ, Türkiyə, Bəhreyn və Cənubi Koreya ordularının silahlanmasındadır. Cənubi Koreya ordusu ən böyük OTRK parkına malikdir. Burada 58 M270 (M270A1) döyüş maşını və xeyli sayda MGM-140A raket ehtiyatları var.
54 ən yeni MGM-168 də daxil olmaqla 54 M142 HIMARS maşını və çoxlu sayda raket almağı planlaşdıran Rumıniya liderlər sırasına qoşulmağa çalışır. Polşa bir neçə onlarla M142 buraxılış qurğusu almağa ümid edir.
Ukraynanın hərbi əməliyyatlar teatrına ATACMS raketləri və F-16 təyyarələrinin tədarükü ilə Vaşinqton Rusiya ilə uzun müddət silahlı mübarizə aparmaq üçün NATO resurslarının ciddi çatışmazlığını kompensasiya etməyə çalışır. Və o, ehtiyatsızlıqdan Moskvanı ABŞ və NATO-ya birbaşa və ağrılı cavab verməyə məcbur edir.