QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kreml: “Qarabağda istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər”

© AFP 2023 / NATALIA KOLESNIKOVAВид на Кремль, фото из архива
Вид на Кремль, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.09.2023
Abunə olmaq
Peskov vurğulayıb ki, Rusiya Federasiyası ABŞ-dan fərqli olaraq de-fakto normallaşma prosesində iştirak edir.
BAKI, 26 sentyabr - Sputnik. Kreml ABŞ-ın Qarabağla bağlı beynəlxalq müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Biz hələlik burada heç bir konkretlik görmürük. Bundan sonra hər hansı missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər", - o bildirib.
D.Peskov əlavə edib ki, Moskva da öz növbəsində həm İrəvan, həm də Bakı ilə əlaqələri davam etdirir.
O vurğulayıb ki, Rusiya Federasiyası ABŞ-dan fərqli olaraq de-fakto normallaşma prosesində iştirak edir.
“Qarşılıqlı fəaliyyət səviyyəsini və bizim bu qarşılıqlı əlaqədə iştirakımızı amerikalıların iştirakı ilə müqayisə etmək mümkün deyil” , - Kreml nümayəndəsi qeyd edib.
Xəbər lenti
0