Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxılıb

© Photo : Baku Transport AgencyBakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxılıb
Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxılıb - Sputnik Azərbaycan, 1920, 26.09.2023
Abunə olmaq
Marşrut xətti "20-ci sahə" – "Nəriman Nərimanov" metro stansiyası istiqamətini əhatə edir.
BAKI, 26 sentyabr — Sputnik. Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. Elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd edilib ki, marşrut xətti "20-ci sahə" – "Nəriman Nərimanov" metro stansiyası istiqamətini əhatə edir. Avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
Elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək.
Xəbər lenti
0