https://sputnik.az/20230926/azad-olunan-erazilerde-kend-teserrufatina-yararli-torpaq-sahesi-ne-qederdir-458994438.html
Azad olunan ərazilərdə kənd təsərrüfatına yararlı torpaq sahəsi nə qədərdir?
Azad olunan ərazilərdə kənd təsərrüfatına yararlı torpaq sahəsi nə qədərdir?
Sputnik Azərbaycan
Məcnun Məmmədov bildirib ki, əsas məqsəd həmin ərazidəki digər kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal və... 26.09.2023, Sputnik Azərbaycan
2023-09-26T17:05+0400
2023-09-26T17:05+0400
2023-09-26T17:16+0400
kənd
qarabağ
işğaldan azad edilmiş ərazilər
kənd təsərrüfatı
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440212454_0:0:3101:1745_1920x0_80_0_0_65c467f44349e5e9da468b531bc7b2eb.jpg
BAKI, 26 sentyabr — Sputnik. Bizim gələcəyə yönəlmiş əsas hədəfimiz işğaldan azad olunan ərazilərimizi bərpa edərək həmin ərazilərin dəyər zəncirinə inteqrasiyasını təmin etməkdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov ll Türk dövlətləri Aqro Biznes Forumunda çıxışı zamanı bildirib. "Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad etdi. Bu qələbə həm də türk dünyasının qələbəsi olaraq türk birliyinin etno-siyasi coğrafiyasını bərpa etdi. İşğal dövründə həmin ərazilər işğalçılar tərəfindən tamamilə dağıdılaraq yararsız hala salınmışdı. Məscidlər, mədrəsələr, digər tarix-mədəniyyət abidələri və evləri dağıdılmış, ərazilər minalanmışdı. Hal-hazırda həmin ərazilərdə böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, "ağıllı şəhər"lər və "ağıllı kənd"lər salınır. Həmçinin, Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji zonası" elan edilən işğaldan azad olunan ərazilərimiz böyük aqrar potensiala malik olmaqla, artıq 128 min hektar kənd təsərrüfatına yararlı torpaqlara sahibdir. İndi bizim əsas məqsədimiz həmin ərazidəki digər kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır. Təbii ki, biz bu işləri siz – iş adamları ilə birgə görmək niyyətindəyik və buna görə sizləri Qarabağda və Şərqi Zəngəzurda investisiya imkanları ilə yaxından tanış olmağa dəvət edirəm. Gözləntimiz odur ki, türk birliyindən olan iş adamları sıx əməkdaşlıq quraraq ölkələrimizin sahib olduğu ən yaxşı təcrübələr və texnologiyalardan istifadə edərək işğaldan azad olunmuş ərazilərdə tətbiq etsinlər", - deyə nazir əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440212454_0:0:2731:2048_1920x0_80_0_0_e005f34981804e6971a5459e6a685996.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kənd, işğaldan azad edilmiş ərazilər, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi
kənd, işğaldan azad edilmiş ərazilər, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi
Azad olunan ərazilərdə kənd təsərrüfatına yararlı torpaq sahəsi nə qədərdir?
17:05 26.09.2023 (Yenilənib: 17:16 26.09.2023) Məcnun Məmmədov bildirib ki, əsas məqsəd həmin ərazidəki digər kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır.
BAKI, 26 sentyabr — Sputnik. Bizim gələcəyə yönəlmiş əsas hədəfimiz işğaldan azad olunan ərazilərimizi bərpa edərək həmin ərazilərin dəyər zəncirinə inteqrasiyasını təmin etməkdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov ll Türk dövlətləri Aqro Biznes Forumunda çıxışı zamanı bildirib.
"Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad etdi. Bu qələbə həm də türk dünyasının qələbəsi olaraq türk birliyinin etno-siyasi coğrafiyasını bərpa etdi. İşğal dövründə həmin ərazilər işğalçılar tərəfindən tamamilə dağıdılaraq yararsız hala salınmışdı. Məscidlər, mədrəsələr, digər tarix-mədəniyyət abidələri və evləri dağıdılmış, ərazilər minalanmışdı. Hal-hazırda həmin ərazilərdə böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, "ağıllı şəhər"lər və "ağıllı kənd"lər salınır. Həmçinin, Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji zonası" elan edilən işğaldan azad olunan ərazilərimiz böyük aqrar potensiala malik olmaqla, artıq 128 min hektar kənd təsərrüfatına yararlı torpaqlara sahibdir. İndi bizim əsas məqsədimiz həmin ərazidəki digər kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır. Təbii ki, biz bu işləri siz – iş adamları ilə birgə görmək niyyətindəyik və buna görə sizləri Qarabağda və Şərqi Zəngəzurda investisiya imkanları ilə yaxından tanış olmağa dəvət edirəm. Gözləntimiz odur ki, türk birliyindən olan iş adamları sıx əməkdaşlıq quraraq ölkələrimizin sahib olduğu ən yaxşı təcrübələr və texnologiyalardan istifadə edərək işğaldan azad olunmuş ərazilərdə tətbiq etsinlər", - deyə nazir əlavə edib.