Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Silahlı Qüvvələri Ukraynadakı hərbi əməliyyatlara müvəffəqiyyətlə uyğunlaşır

© Sputnik / Евгений БиятовRusiya hərbçiləri
Rusiya hərbçiləri - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Qərb mediası hesab edir ki, Rusiyanın münaqişə reallıqlarına uyğunlaşması, Ukrayna üçün çətinliklər yarada bilər.
BAKI, 25 sentyabr - Sputnik. Rusiya ordusu Ukrayna münaqişəsi zamanı hərbi əməliyyatların reallıqlarına uyğunlaşıb.
Bu barədə Rusiya mediası “The Wall Street Journal” qəzetinin yazdıqlarına istinadən xəbər verib.
“Rusiyanın uyğunlaşdığı bir neçə istiqaməti qeyd etmişik və əlbəttə ki, biz bunu yaxından izləyirik” - materialda deyilir.
Qəzetdə bildirilir ki, Rusiyanın münaqişə reallıqlarına uyğunlaşması, Ukrayna üçün çətinliklər yarada bilər.
Qeyd olunur ki, Rusiya qoşunları PUA-lardan fəal şəkildə istifadə etməyə başlayıb və anbarları “HIMARS” reaktiv yaylım atəş sisteminin (RYAS) hüdudlarından kənara çıxarıb.
Bu yaxınlarda “İzvestiya” qəzeti 70-ci qvardiya motoatıcı alayının döyüşçülərinin Zaporojye vilayətini ukraynalı yaraqlılardan təmizlədiyini əks etdirən drondan çəkilmiş kadrları yayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0