https://sputnik.az/20230925/rusiya-bas-naziri-avrasiya-qtisadi-ttifaqi-olkelerine-cagiris-edib-458943877.html
Rusiya baş naziri Avrasiya İqtisadi İttifaqı ölkələrinə çağırış edib
Rusiya baş naziri Avrasiya İqtisadi İttifaqı ölkələrinə çağırış edib
Sputnik Azərbaycan
Rusiya baş naziri bildirib ki, ölkəsi Avrasiya İqtisadi İttifaqındakı bütün tərəfdaşları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə açıqdır. 25.09.2023, Sputnik Azərbaycan
2023-09-25T11:25+0400
2023-09-25T11:25+0400
2023-09-25T11:29+0400
rusiya
avrasiya iqtisadi ittifaqı
mixail mişustin
aii
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446916322_0:128:3188:1921_1920x0_80_0_0_229fcb52ea01012c3fb85f137b888757.jpg
BAKI, 25 sentyabr — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqı ölkələrini artan turbulentlik şəraitində milli iqtisadiyyatları qorumaq üçün resursları və səlahiyyətləri birləşdirməyə çağırıb. "Texnoloji suverenliyin gücləndirilməsi bu gün Avrasiya məkanında birgə işin mühüm vektorlarından birinə çevrilir. İstehsal komplekslərinin xarici amillərə davamlılığını təmin etmək üçün resurslar və səriştələrin birləşdirilməsi vacibdir. Dünyada artan turbulentliyin və artan rəqabət əraitində ölkələrimizin iqtisadiyyatını və vətəndaşlarını hazırkı şəraitdə qorumaq lazımdır", - o, Astanada İnnoprom forumunun plenar sessiyasında çıxış edərkən bildirib. "Rusiya Avrasiya İqtisadi İttifaqındakı bütün tərəfdaşları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə açıqdır.Təbii ki, münasibətləri dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Qazaxıstanla da bu belədir", - o qeyd edib. Mişustin xatırladıb ki, ötən il Qazaxıstanla ticarət dövriyyəsi rekord həddə çatıb: "Bu il də müsbət dinamika nümayiş etdirməyə davam edir. İlk yeddi ayda ticarət dövriyyəsi 10%-dən çox artaraq 1,5 trilyon rublu ötüb". Mişustin vurğulayıb ki, iki ölkənin müəssisələri ənənəvi olaraq sıx əməkdaşlıq əlaqələri qurublar və Rusiya kapitallı on minlərlə şirkət birbaşa Qazaxıstan bazarında təmsil olunur. Onun sözlərinə görə, müştərək işlər maşınqayırmanın müxtəlif sahələrində - ağır, xüsusi, kənd təsərrüfatı, eləcə də təyyarə istehsalı kompleksində, avtomobil sənayesində və bir çox digər mühüm sahələrdə, o cümlədən kimya sənayesi və yüngül sənaye sahələrində aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446916322_229:0:2960:2048_1920x0_80_0_0_7ac400703b28dda275b04584af121a9e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avrasiya iqtisadi ittifaqı, mixail mişustin, aii
avrasiya iqtisadi ittifaqı, mixail mişustin, aii
Rusiya baş naziri Avrasiya İqtisadi İttifaqı ölkələrinə çağırış edib
11:25 25.09.2023 (Yenilənib: 11:29 25.09.2023) Rusiya baş naziri bildirib ki, ölkəsi Avrasiya İqtisadi İttifaqındakı bütün tərəfdaşları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə açıqdır.
BAKI, 25 sentyabr — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqı ölkələrini artan turbulentlik şəraitində milli iqtisadiyyatları qorumaq üçün resursları və səlahiyyətləri birləşdirməyə çağırıb.
"Texnoloji suverenliyin gücləndirilməsi bu gün Avrasiya məkanında birgə işin mühüm vektorlarından birinə çevrilir. İstehsal komplekslərinin xarici amillərə davamlılığını təmin etmək üçün resurslar və səriştələrin birləşdirilməsi vacibdir. Dünyada artan turbulentliyin və artan rəqabət əraitində ölkələrimizin iqtisadiyyatını və vətəndaşlarını hazırkı şəraitdə qorumaq lazımdır", - o, Astanada İnnoprom forumunun plenar sessiyasında çıxış edərkən bildirib.
"Rusiya Avrasiya İqtisadi İttifaqındakı bütün tərəfdaşları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə açıqdır.Təbii ki, münasibətləri dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Qazaxıstanla da bu belədir", - o qeyd edib.
Mişustin xatırladıb ki, ötən il Qazaxıstanla ticarət dövriyyəsi rekord həddə çatıb: "Bu il də müsbət dinamika nümayiş etdirməyə davam edir. İlk yeddi ayda ticarət dövriyyəsi 10%-dən çox artaraq 1,5 trilyon rublu ötüb".
Mişustin vurğulayıb ki, iki ölkənin müəssisələri ənənəvi olaraq sıx əməkdaşlıq əlaqələri qurublar və Rusiya kapitallı on minlərlə şirkət birbaşa Qazaxıstan bazarında təmsil olunur. Onun sözlərinə görə, müştərək işlər maşınqayırmanın müxtəlif sahələrində - ağır, xüsusi, kənd təsərrüfatı, eləcə də təyyarə istehsalı kompleksində, avtomobil sənayesində və bir çox digər mühüm sahələrdə, o cümlədən kimya sənayesi və yüngül sənaye sahələrində aparılır.