https://sputnik.az/20230925/qrossi-maqate-nin-zaporojye-aes-de-fealiyyetini-davam-etdirdiyini-bildirib-458954252.html
Qrossi MAQATE-nin Zaporojye AES-də fəaliyyətini davam etdirdiyini bildirib
Qrossi MAQATE-nin Zaporojye AES-də fəaliyyətini davam etdirdiyini bildirib
Sputnik Azərbaycan
Agentliyin baş direktoru bildirib ki, AES-də vəziyyət qeyri-sabit olaraq qalır. 25.09.2023, Sputnik Azərbaycan
2023-09-25T21:51+0400
2023-09-25T21:51+0400
2023-09-25T21:51+0400
maqate
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
zaporojye
ukrayna
rusiya
aes
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445537236_0:0:3072:1728_1920x0_80_0_0_61c9997980c8bcee52113548d0ce4465.jpg
BAKI, 25 sentyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasında (AES) fəaliyyətini davam etdirir. Bu barədə "TASS" internet-nəşri agentliyin baş direktoru Rafael Qrossinin söylədiklərinə istinadən xəbər verib. "Biz demək olar ki, gündəlik yeniləmələrimizdən də gördüyünüz kimi işimizi davam etdiririk", - deyə "TASS" Qrossidən sitat gətirir. Agentliyin baş direktoru qeyd edib ki, AES-də vəziyyət qeyri-sabit olaraq qalır. Bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabko Rusiya tərəfinin Zaporojye AES-də nüvə təhlükəsizliyinə təhlükənin haradan gəldiyinə dair MAQATE-dən daha aydın mövqe gözlədiyini söyləyib. AES 2022-ci ilin martından Rusiya ordusunun nəzarəti altındadır. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb. Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-in təmas xəttinə yaxın olması səbəbindən onun ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445537236_171:0:2902:2048_1920x0_80_0_0_ca9a949d846cc2f1acb829ad16bd118b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
maqate, zaporojye, ukrayna, rusiya, aes
maqate, zaporojye, ukrayna, rusiya, aes
Qrossi MAQATE-nin Zaporojye AES-də fəaliyyətini davam etdirdiyini bildirib
Agentliyin baş direktoru bildirib ki, AES-də vəziyyət qeyri-sabit olaraq qalır.
BAKI, 25 sentyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasında (AES) fəaliyyətini davam etdirir.
Bu barədə "TASS" internet-nəşri agentliyin baş direktoru Rafael Qrossinin söylədiklərinə istinadən xəbər verib.
"Biz demək olar ki, gündəlik yeniləmələrimizdən də gördüyünüz kimi işimizi davam etdiririk", - deyə "TASS" Qrossidən sitat gətirir.
Agentliyin baş direktoru qeyd edib ki, AES-də vəziyyət qeyri-sabit olaraq qalır.
Bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabko Rusiya tərəfinin Zaporojye AES-də nüvə təhlükəsizliyinə təhlükənin haradan gəldiyinə dair MAQATE-dən daha aydın mövqe gözlədiyini söyləyib.
AES 2022-ci ilin martından Rusiya ordusunun nəzarəti altındadır. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-in təmas xəttinə yaxın olması səbəbindən onun ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.