Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Kanadada SS veteranının hərbi salamla qarşılanmasından hiddətlənib

© Sputnik / Евгений ОдиноковPeskov
Peskov - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Putinin sözçüsü vurğulayıb ki, artıq Avropanın mərkəzində, o cümlədən Ukraynada faşizm "ayağa qalxmağa" çalışır və Rusiya hazırda bununla mübarizə aparır.
BAKI, 25 sentyabr — Sputnik. Ukraynanın İkinci Dünya Müharibəsinin məşhur hərbi birliyi, nasist SS qoşunlarının "Qalisiya" diviziyasının veteranı, 98 yaşlı Yaroslav Qunkonun Ukrayna Prezidenti Vladimir Zelenskinin Kanadaya səfəri zamanı Kanada Parlamentində hərbi salamla qarşılanması Kremli qəzəbləndirib. Bu, daha çox Qərbdə faşizm və müharibə haqqında heç nə bilməyən nəslin yetişməsi ilə bağlı olub.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov sentyabrın 25-də keçirilən konfransda belə deyib.
Kremlin sözçüsü qeyd edib ki, əsasən Qərb ölkələrində böyüyən gənc nəsillər İkinci Dünya Müharibəsi zamanı kimin kiminlə vuruşduğunu anlamırlar.
"Yaddaşa bu cür səliqəsiz münasibət hiddət doğurur. Biz bilirik ki, bir çox Qərb ölkələri, o cümlədən Kanada İkinci Dünya Müharibəsi zamanı kimin kiminlə döyüşdüyünü və nə baş verdiyini bilməyən gənc nəsil yetişdirib. Onlar faşizm təhlükəsi haqqında heç nə bilmirlər", – deyə Peskov Ukrayna SS əsgərinin Kanadada təltif edilməsini şərh edib.
Kreml nümayəndəsi əlavə edib ki, faşizmə qarşı bu cür münasibət onun bundan sonra da özünü göstərməsi riskini daşıyır. Peskov vurğulayıb ki, artıq Avropanın mərkəzində, o cümlədən Ukraynada faşizm "ayağa qalxmağa" çalışır və Rusiya hazırda bununla mübarizə aparır.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kanadaya səfəri zamanı "Qalisiya" SS diviziyasının keçmiş əsgəri Yaroslav Hunkanı salamlayıb. İkinci Dünya Müharibəsi illərində Birinci Diviziya Ukrayna könüllüləri arasından toplanmış faşist Almaniyasının qoşunlarının taktiki quruluşu idi. Zelenski ilə birlikdə nasisti Kanadanın baş naziri Castin Trüdo da salamlayıb.
Daha sonra Trüdo Kanada parlamentində ukraynalı SS-çini salamladığına görə özünə haqq qazandırmağa çalışıb. Kanadanın baş naziri nasistin bura dəvət olunmasından xəbərinin olmadığını deyib. Lakin o, baş vermiş hadisəyə görə üzr istəməkdən imtina edib.
Xəbər lenti
0