Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı-Qəbələ qatarının hərəkət qrafiki dəyişir

© Photo : ADY-nin mətbuat xidmətiBakı-Gəncə-Bakı sürət qatarı
Bakı-Gəncə-Bakı sürət qatarı - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Qatar Bakıdan-Qəbələyə yalnız hər həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız hər həftənin bazar günü yola düşəcək.
BAKI, 25 sentyabr — Sputnik. Sentyabrın 30-dan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti payız-qış mövsümü ilə əlaqədar Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarının hərəkət qrafikini yeniləyəcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC xəbər yayıb.
Məlumata görə, qatar Bakıdan-Qəbələyə yalnız hər həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız hər həftənin bazar günü yola düşəcək.
Azərbaycanın bölgələrinə hərəkət edən qatarların qrafiki dəyişib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) payız-qış mövsümünün başlanması ilə əlaqədar oktyabrın 1-dən etibarən bölgələr üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edib.
ADY-dən "verilən məlumata görə, dəyişikliklərə əsasən, payız-qış mövsümündə paytaxta üz tutan sərnişinlərin mənzil başına daha tez çatması üçün qatarlar mövcud qrafikdən daha erkən yola düşəcəklər.
Belə ki, yenilənmiş qrafikə əsasən Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatar saat 17:30-da, ənənəvi qrafikdən 40 dəqiqə tez yola düşərək saat 22:35-də Bakı Dəmiryol Vağzalına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə yenilənmiş hərəkət qrafikinə əsasən sürətli sərnişin qatarı saat 19:00-da, ənənəvi qrafikdən 30 dəqiqə daha tez yola düşərək saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Əlavə olaraq qeyd edək ki, oktyabrın 1-dən etibarən Bakı-Ağstafa marşrutu üzrə ənənəvi qrafiklə (saat 08:45-də) hərəkət edən sürətli sərnişin qatarı Şəmkir rayonunun Dəllər stansiyasında da dayanacağından qatarın Ağstafaya çatma vaxtı saat 13:42-dən 13:46-a dəyişdirilib.
12.09.23, 15:00
Abşeron dairəvi xətti üzrə qatarların hərəkət cədvəllərində dəyişikliklər edilir
"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin rəy və təkliflərini nəzərə alaraq yenilənmiş Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən sürət elektrik qatarlarının hərəkət cədvəllərində 15 sentyabr tarixindən etibarən dəyişikliklər edir.
QSC-dən verilən məlumata görə, 8 sentyabr tarixində tətbiq edilmiş yeni qrafik üzrə ADY-də sərnişin axınına və Bakı şəhərində ictimai nəqliyyatda olan sıxlığa dair məlumatlar üzrə təhlillər aparılmış, sərnişinlərin müraciətləri diqqətə alınaraq cari hərəkət qrafikində müvafiq dəyişikliklər edilib. Belə ki, Sumqayıtdan saat 07:50-də Pirşağı istiqamətində yola düşən qatarının hərəkətinin 15 sentyabr tarixindən etibarən bərpasına qərar verilmişdir. Sözügedən qatarın bərpası ilə əlaqədar olaraq hərəkət qrafikində bir sıra dəyişikliklər edilib.
Yeni qrafikə əsasən Sumqayıtdan saat 06:35-də, Bakıdan isə saat 07:30-da Xırdalan istiqaməti ilə, Sumqayıtdan saat 08:15-də Pirşağı istiqaməti ilə yola düşən reyslər ləğv edilərək əvəzində Sumqayıtdan saat 07:50-də Pirşağı istiqaməti ilə yola düşüb Bakıya saat 08:42-də çatan qatarın hərəkəti bərpa edilir.
Ləğv edilən reyslərlə bağlı bildirilir ki, Sumqayıtdan saat 06:35-də yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər alternativ olaraq Sumqayıtdan saat 06:20 və 06:45-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər.
Bakıdan saat 07:30-da yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər isə alternativ olaraq Bakıdan saat 07:20-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər.
Yenilənmiş hərəkət cədvəlini www.ady.az ünvanından, Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlardan, elektrik qatarların monitorlarından, həmçinin sosial media hesablarımızdan əldə etmək mümkündür.
Bir daha qeyd edirik ki, ADY mütəmadi olaraq rəy və təkliflərin öyrənilməsi üçün sərnişinlər arasında sorğu keçirir, rəsmi hesablara, 18 22 Çağrı mərkəzinə daxil olan hər bir müraciət diqqətə alınaraq xüsusi araşdırılır. Bütün bunların nəticəsi olaraq xidmət səviyyəsinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində vaxtaşırı operativ addımlar atılır.
Xəbər lenti
0