https://sputnik.az/20230924/ukraynanin-sabiq-bas-naziri-zelenski-munaqise-sayesinde-hakimiyyeti-saxlayir-458931193.html
Ukraynanın sabiq baş naziri: Zelenski münaqişə sayəsində hakimiyyəti saxlayır
Ukraynanın sabiq baş naziri: Zelenski münaqişə sayəsində hakimiyyəti saxlayır
Sputnik Azərbaycan
Bu yaxınlarda Azarov uzun sürən Ukrayna münaqişəsinin Qərbdən asılı olduğu üçün təmamilə Ukrayna iqtisadiyyatını bitirəcəyini bildirərək, dollarlaşmanın daha... 24.09.2023, Sputnik Azərbaycan
2023-09-24T15:57+0400
2023-09-24T15:57+0400
2023-09-24T15:58+0400
vladimir zelenski
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444487259_0:0:3362:1892_1920x0_80_0_0_9b419d4911d5865b8d74ef670a96c29c.jpg
BAKI, 24 sentyabr - Sputnik. Ukraynada hərbi əməliyyatların davam etdirilməsi Ukrayna Prezidenti Vladimir Zelenski üçün faydalıdır, çünki bu, ona hakimiyyətdə qalmağa imkan verir. Bunu Ukraynanın sabiq Baş naziri Nikolay Azarov “Telegram” kanalında qeyd edib. Azarovun bildirdiyinə görə, hərbi əməliyyatlar ilk gündən Ukrayna prezidentinə sərfəli olub. “Silahlı münaqişə Zelenskinin hakimiyyətini qoruyan yeganə şeydir. Hərbi əməliyyatlar ilk gündən bu günə kimi onun üçün sərfəli olub”, - deyə Ukraynanın sabiq Baş naziri yazıb. Azarov Zelenskinin reytinqinin ölkə iqtisadiyyatındakı problemlər və korrupsiya qalmaqalları fonunda durmadan aşağı düşdüyünü, hərbi əməliyyatlar başlayandan sonra gözlənilmədən “qəhrəman”a çevrildiyini və sonradan faktiki olaraq mediaüzərində nəzarəti ələ keçirdiyini qeyd edib. Sabiq nazir onu da əlavə edib ki, silahlı münaqişə başa çatdıqdan sonra insanlar Zelenskidən başqa istənilən namizədə səs verəcəklər. Xatırladaq ki, bu yaxınlarda Azarov uzun sürən Ukrayna münaqişəsinin Qərbdən asılı olduğu üçün təmamilə Ukrayna iqtisadiyyatını bitirəcəyini bildirərək, dollarlaşmanın daha aydın göründüyünü qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444487259_367:0:3098:2048_1920x0_80_0_0_c280698ff5890bf1613848be887be43a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, xüsusi hərbi əməliyyat
vladimir zelenski, xüsusi hərbi əməliyyat
Ukraynanın sabiq baş naziri: Zelenski münaqişə sayəsində hakimiyyəti saxlayır
15:57 24.09.2023 (Yenilənib: 15:58 24.09.2023) Bu yaxınlarda Azarov uzun sürən Ukrayna münaqişəsinin Qərbdən asılı olduğu üçün təmamilə Ukrayna iqtisadiyyatını bitirəcəyini bildirərək, dollarlaşmanın daha aydın göründüyünü qeyd edib.
BAKI, 24 sentyabr - Sputnik. Ukraynada hərbi əməliyyatların davam etdirilməsi Ukrayna Prezidenti Vladimir Zelenski üçün faydalıdır, çünki bu, ona hakimiyyətdə qalmağa imkan verir.
Bunu Ukraynanın sabiq Baş naziri Nikolay Azarov “Telegram” kanalında qeyd edib.
Azarovun bildirdiyinə görə, hərbi əməliyyatlar ilk gündən Ukrayna prezidentinə sərfəli olub.
“Silahlı münaqişə Zelenskinin hakimiyyətini qoruyan yeganə şeydir. Hərbi əməliyyatlar ilk gündən bu günə kimi onun üçün sərfəli olub”, - deyə Ukraynanın sabiq Baş naziri yazıb.
Azarov Zelenskinin reytinqinin ölkə iqtisadiyyatındakı problemlər və korrupsiya qalmaqalları fonunda durmadan aşağı düşdüyünü, hərbi əməliyyatlar başlayandan sonra gözlənilmədən “qəhrəman”a çevrildiyini və sonradan faktiki olaraq mediaüzərində nəzarəti ələ keçirdiyini qeyd edib. Sabiq nazir onu da əlavə edib ki, silahlı münaqişə başa çatdıqdan sonra insanlar Zelenskidən başqa istənilən namizədə səs verəcəklər.
Xatırladaq ki, bu yaxınlarda Azarov uzun sürən Ukrayna münaqişəsinin Qərbdən asılı olduğu üçün təmamilə Ukrayna iqtisadiyyatını bitirəcəyini bildirərək, dollarlaşmanın daha aydın göründüyünü qeyd edib.