https://sputnik.az/20230924/azerbaycan-bayragi-agdereden-asildi---vdeo-458938314.html
Azərbaycan bayrağı Ağdərədən asıldı - VİDEO
Azərbaycan bayrağı Ağdərədən asıldı - VİDEO
Sputnik Azərbaycan
Azərbaycan əsgərinin bayrağımızı Ağdərədən asdığı videogörüntü
2023-09-24T22:34+0400
2023-09-24T22:34+0400
2023-09-25T10:25+0400
qarabağ
ağdərə
ağdərə rayonu
azərbaycan bayrağı
https://cdnn1.img.sputnik.az/img/40760/25/407602522_0:283:2941:1937_1920x0_80_0_0_e6a878170b49c347dc5f98f5aa82643f.jpg
BAKI, 24 sentyabr - Sputnik. Keçmiş Ağdərə rayonunda Azərbaycan bayrağı qaldırılıb.Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə rayonun girişində erməni və ingilis dillərində "Martakert" sözü yazılmış metal lövhəyə Azərbaycan hərbçisi tərəfindən üçrəngli bayrağımızın asıldığı əksini tapıb. Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40760/25/407602522_0:0:2731:2048_1920x0_80_0_0_325ca1e6677d8516e97f1ca290205fcd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağdərə azərbaycan bayrağı mardakert ermənilər görbagör
ağdərə azərbaycan bayrağı mardakert ermənilər görbagör
Azərbaycan bayrağı Ağdərədən asıldı - VİDEO
22:34 24.09.2023 (Yenilənib: 10:25 25.09.2023) Görüntülərdə rayonun girişində erməni və ingilis dillərində "Martakert" sözü yazılmış metal lövhəyə Azərbaycan hərbçisi tərəfindən üçrəngli bayrağımızın asıldığı əksini tapıb.
BAKI, 24 sentyabr - Sputnik. Keçmiş Ağdərə rayonunda Azərbaycan bayrağı qaldırılıb.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə rayonun girişində erməni və ingilis dillərində "Martakert" sözü yazılmış metal lövhəyə Azərbaycan hərbçisi tərəfindən üçrəngli bayrağımızın asıldığı əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.