Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna və digər Avropa dövlətləri arasında ixtilaflar artacaq - Peskov

© Sputnik / Владимир АстапковичRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 22.09.2023
Abunə olmaq
Kremlin sözçüsü qeyd edib ki, Rusiya qarşısına qoyduğu vəzifələri yerinə yetirmək üçün xüsusi hərbi əməliyyatı davam etdirir.
BAKI, 22 sentyabr — Sputnik. Kreml hesab edir ki, Ukrayna ilə Polşa, o cümlədən Ukrayna və digər Avropa dövlətləri arasında ixtilaflar artacaq. İnterfaks xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib

"Görürük ki, Varşava ilə Kiyev arasında müəyyən gərginlik var. Biz Varşava ilə Kiyev arasında bu gərginliyin artacağını proqnozlaşdırırıq. Təəssüflə qeyd edirik ki, hazırda hər iki paytaxt rusofobiyanın əsas diqqət mərkəzindədir. Biz, əlbəttə, bunu yaxından izləyirik", - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Kiyev və digər Avropa paytaxtları arasında ixtilaflar da zaman keçdikcə artacaq. Bu qaçılmazdır", - o qeyd edib.
Peskov Polşanın Ukraynaya ən son silahları verməkdən imtina qərarını belə şərh edib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiya qarşısına qoyduğu vəzifələri yerinə yetirmək üçün xüsusi hərbi əməliyyatı davam etdirir.

"Polşanın silahlanmasına gəlincə, həqiqətən də, Polşa ilə qonşuluq belaruslu yoldaşlarımız üçün ən rahat yer deyil. Ölkə kifayət qədər aqressivdir, təxribatçı fəaliyyətləri, daxili işlərə qarışmağı davam etdirir. Amma biz burada Polşadan gələ biləcək potensial təhlükələr fonunda ayıq-sayıqıq", - Peskov qeyd edib.

Sentyabrın 21-də Polşa prezidenti Anjey Duda bildirib ki, Polşa yeni silahlar istisna olmaqla, Ukraynaya hərbi təchizatı davam etdirəcək.
"Biz indi Polşa ordusu üçün milyardlarla dollara aldığımız yeni silahlarımızı başqasına, heç kimə verə bilmərik", - Polşa prezidenti bildirib.
Duda eyni zamanda qeyd edib ki, Polşa Koreya və ABŞ-dan yeni silahlar aldığından hazırda anbarda olan silahları da əvəz edəcək və onlar artıq Ukraynaya göndərilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0