https://sputnik.az/20230922/rusiyanin-qara-deniz-donanmasinin-qerargahina-raket-zerbesi-endirilib-458872539.html
Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirilib
Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirilib
Sputnik Azərbaycan
Sevastopol qubernatoru Mixail Razvojayev bildirib ki, daha bir raket hücumunun olması mümkündür, ona görə də şəhərin mərkəzinə getməməyi, binaları tərk... 22.09.2023, Sputnik Azərbaycan
2023-09-22T15:47+0400
2023-09-22T15:47+0400
2023-09-22T15:47+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
sevastopol
qara dəniz donanması
qərargah
https://cdnn1.img.sputnik.az/img/42204/80/422048086_0:0:3071:1728_1920x0_80_0_0_6e1510597b2caeb1df3b9a5faed14b58.jpg
BAKI, 22 sentyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endiriblər. Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev "Telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, Ukrayna tərəfinin raket zərbəsi nəticəsində mərminin qəlpələrindən biri A.V.Lunaçarski adına Sevastopol Rus Dram Teatrının yaxınlığına düşüb. Qubernator həmçinin sakinlərdən sakit olmağı, foto və video paylaşmamağı xahiş edib. Razvojayev şəhərə növbəti raket hücumunun ola biləcəyi ilə bağlı xəbərdarlıq edib və sakinlərdən şəhər mərkəzinə getməməyi xahiş edib. "Hamının diqqətinə! Daha bir raket hücumunun olması mümkündür. Xahiş edirəm, şəhərin mərkəzinə getməyin. Binaları tərk etməyin. Donanma qərargahının yaxınlığında olan hər kəs həyacan siqnalını eşidən kimi sığınacaqlara getsin. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində çalışırlar. Aeromobil qruplaşması hazır vəziyyətdədir. Ehtiyat texnikası tətbiq edilib", - deyə Sevastopol qubernatoru qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
sevastopol
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42204/80/422048086_140:0:2871:2048_1920x0_80_0_0_9e1c92583bcbc848e677a0fd23f8224a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, sevastopol, qara dəniz donanması, qərargah
ukrayna, sevastopol, qara dəniz donanması, qərargah
Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirilib
Sevastopol qubernatoru Mixail Razvojayev bildirib ki, daha bir raket hücumunun olması mümkündür, ona görə də şəhərin mərkəzinə getməməyi, binaları tərk etməməyi və həyacan siqnalını eşidən kimi sığınacaqlara getməyi xahiş edirəm.
BAKI, 22 sentyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endiriblər.
Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Ukrayna tərəfinin raket zərbəsi nəticəsində mərminin qəlpələrindən biri A.V.Lunaçarski adına Sevastopol Rus Dram Teatrının yaxınlığına düşüb.
"Düşmənlər donanmanın qərargahına raket zərbəsi endiriblər. Qəlpələrdən biri Lunaçarski teatrının yaxınlığına düşüb. Bütün əməliyyat xidmətləri hadisə yerinə gediblər. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir", - deyə Razvojayev yazıb.
Qubernator həmçinin sakinlərdən sakit olmağı, foto və video paylaşmamağı xahiş edib.
Razvojayev şəhərə növbəti raket hücumunun ola biləcəyi ilə bağlı xəbərdarlıq edib və sakinlərdən şəhər mərkəzinə getməməyi xahiş edib.
"Hamının diqqətinə! Daha bir raket hücumunun olması mümkündür. Xahiş edirəm, şəhərin mərkəzinə getməyin. Binaları tərk etməyin. Donanma qərargahının yaxınlığında olan hər kəs həyacan siqnalını eşidən kimi sığınacaqlara getsin. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində çalışırlar. Aeromobil qruplaşması hazır vəziyyətdədir. Ehtiyat texnikası tətbiq edilib", - deyə Sevastopol qubernatoru qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.