QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərlib

© Photo : AZƏRTACAzərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir
Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir - Sputnik Azərbaycan, 1920, 22.09.2023
Abunə olmaq
Yardım Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.
BAKI, 22 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.
Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.
"Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaqdır", - deyə məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0