https://sputnik.az/20230922/polsa-iyul-ayinda-rusiyadan-gubre-idxalini-uc-defeden-cox-artirib-458855761.html
Polşa iyul ayında Rusiyadan gübrə idxalını üç dəfədən çox artırıb
Polşa iyul ayında Rusiyadan gübrə idxalını üç dəfədən çox artırıb
Sputnik Azərbaycan
Əgər ötən ilin iyulunda Polşa biznesi Rusiyadan cəmi 6,2 milyon dollarlıq gübrə alıbsa, bu il bu rəqəm artıq 20,2 milyon dollar dəyərindədir. 22.09.2023, Sputnik Azərbaycan
2023-09-22T20:24+0400
2023-09-22T20:24+0400
2023-09-22T20:24+0400
polşa
rusiya
gübrə
faiz
idxal
xarici şirkətlər
https://cdnn1.img.sputnik.az/img/42197/96/421979691_0:161:3071:1888_1920x0_80_0_0_b8cec72470519479307f770b18d3545f.jpg
BAKI, 22 sentyabr — Sputnik. İyulda Polşa Rusiya gübrələrinin alışını 3,3 dəfə - 20,2 milyon dollara qədər artırıb ki, bu da Rusiyaya ölkəyə bu məhsulların ikinci ən böyük tədarükçüsü olmağa imkan verib. Polşada açıqlanmış statistik məlumatlara əsasən "RİA Novosti" bu nəticəyə gəlib. Belə ki, əgər ötən ilin iyulunda Polşa biznesi Rusiyadan cəmi 6,2 milyon dollarlıq gübrə alıbsa, bu il bu rəqəm artıq 20,2 milyon dollar dəyərindədir. Nəticədə, Rusiya şirkətləri Polşaya bu məhsulların tədarükçüləri arasında bir il əvvəl olduqları altıncı yerdən ikinci yerə yüksəliblər. İyulda Polşaya gübrə tədarükündə lider Almaniya olub. Polşa onlardan 22,6 milyon dollarlıq gübrə alıb. Üçüncü yeri 13,5 milyon dollar dəyərində təchizatla Litva tutub. İlk beşliyə Finlandiya (8,3 milyon dollar) və Niderland (8,1 milyon dollar) da daxil olublar. Polşa keçən ilin aprelində Rusiya gübrələrinin alışını kəskin şəkildə azaltmağa başlayıb – o zaman bu həcm bir ayda 21 dəfə azaldılmışdı. Bununla belə, artıq iyun ayında idxal yenidən artmağa başlayıb, nəticədə ölkə bütün il ərzində Rusiyadan 2021-ci ildəki 360 milyon dollara qarşı 225,1 milyon dollarlıq məhsul alıb. Eyni zamanda, 2023-cü ilin yeddi ayı ərzində Polşa Rusiyadan 97,6 milyon dollar dəyərində gübrə idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dörddə bir dəfə azdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42197/96/421979691_170:0:2901:2048_1920x0_80_0_0_1b8c470ceffb18fbd34f258626bb50c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
polşa, gübrə, faiz, idxal, xarici şirkətlər
polşa, gübrə, faiz, idxal, xarici şirkətlər
Polşa iyul ayında Rusiyadan gübrə idxalını üç dəfədən çox artırıb
Əgər ötən ilin iyulunda Polşa biznesi Rusiyadan cəmi 6,2 milyon dollarlıq gübrə alıbsa, bu il bu rəqəm artıq 20,2 milyon dollar dəyərindədir.
BAKI, 22 sentyabr — Sputnik. İyulda Polşa Rusiya gübrələrinin alışını 3,3 dəfə - 20,2 milyon dollara qədər artırıb ki, bu da Rusiyaya ölkəyə bu məhsulların ikinci ən böyük tədarükçüsü olmağa imkan verib.
Polşada açıqlanmış statistik məlumatlara əsasən "RİA Novosti" bu nəticəyə gəlib.
Belə ki, əgər ötən ilin iyulunda Polşa biznesi Rusiyadan cəmi 6,2 milyon dollarlıq gübrə alıbsa, bu il bu rəqəm artıq 20,2 milyon dollar dəyərindədir. Nəticədə, Rusiya şirkətləri Polşaya bu məhsulların tədarükçüləri arasında bir il əvvəl olduqları altıncı yerdən ikinci yerə yüksəliblər.
İyulda Polşaya gübrə tədarükündə lider Almaniya olub. Polşa onlardan 22,6 milyon dollarlıq gübrə alıb. Üçüncü yeri 13,5 milyon dollar dəyərində təchizatla Litva tutub. İlk beşliyə Finlandiya (8,3 milyon dollar) və Niderland (8,1 milyon dollar) da daxil olublar.
Polşa keçən ilin aprelində Rusiya gübrələrinin alışını kəskin şəkildə azaltmağa başlayıb – o zaman bu həcm bir ayda 21 dəfə azaldılmışdı. Bununla belə, artıq iyun ayında idxal yenidən artmağa başlayıb, nəticədə ölkə bütün il ərzində Rusiyadan 2021-ci ildəki 360 milyon dollara qarşı 225,1 milyon dollarlıq məhsul alıb.
Eyni zamanda, 2023-cü ilin yeddi ayı ərzində Polşa Rusiyadan 97,6 milyon dollar dəyərində gübrə idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dörddə bir dəfə azdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.