https://sputnik.az/20230921/zaxarova-qarabagda-sulhmeramlilarin-helak-olmasi-ile-bagli-danisdi--458802058.html
Baş Prokurorluq Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı istintaq aparır
Baş Prokurorluq Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı istintaq aparır
Sputnik Azərbaycan
Azərbaycanın bir qrup hərbi qulluqçusu mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən ermənilərə məxsus olduğunu zənn edərək Rusiya hərbi... 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T20:20+0400
2023-09-21T20:20+0400
2023-09-21T20:16+0400
mariya zaxarova
sülhməramlılar
rusiya
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0b/426429036_0:63:1200:738_1920x0_80_0_0_9b949fce7d1ad41961cd3e052b22260f.jpg
BAKI, 21 sentyabr - Sputnik. Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır.Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.Məlumatda deyilir ki, sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.Bundan başqa, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.Hər iki faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.Bu gün Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar. Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparılacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir.20.09.23, 20:24Zaxarova Qarabağda sülhməramlıların həlak olması ilə bağlı danışdı"Həmişə olduğu kimi, regionda sülh naminə zərbəni üzərinə götürən, həlak olan Rusiya sülhməramlılarının xatirəsi əbədi yaşayacaq". Bu sözlər Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Telegram kanalındakı paylaşımda əksini tapıb.Daha sonra paylaşımda deyilir:"İndi isə faktlar. 2022-ci ilin əvvəlində İrəvanın əlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli 3 üçtərəfli bəyanatı var idi ki, bunlar da bütün tərəflərin maraqlarını nəzərə alaraq regionda həyatı qarşılıqlı hörmətlə və hərtərəfli qurmağın, sülh yolu ilə necə davranmağın siyasi və praktiki yol xəritəsi idi. İrəvan imzaladığını həyata keçirməyi deyil, var-dövlətini NATO/AB-dən axtarmağı seçdi.Məhz Brüsselin və baş məsləhətçi - Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair bəyanat qəbul edilib.Orada konkret bunlar deyilir: “Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər”. Yəni, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Eyni zamanda, mətndə region sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi zərurəti barədə bir kəlmə belə yoxdur".Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində xidmət aparan Rusiya sülhməramlılarının olduğu avtomobil Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub.TASS-ın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində hərbçilər həlak olub.“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən Rusiya hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan Rusiya hərbçiləri həlak olublar”, - deyə Rusiya MN-in məlumatında bildirilir.Hərbi idarə qeyd edib ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0b/426429036_67:0:1134:800_1920x0_80_0_0_f347811afcce7f3ca21cf15a8ec2a0f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, sülhməramlılar, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
mariya zaxarova, sülhməramlılar, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
Baş Prokurorluq Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı istintaq aparır
Azərbaycanın bir qrup hərbi qulluqçusu mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən ermənilərə məxsus olduğunu zənn edərək Rusiya hərbi qulluqçularının olduğu avtomobili atəşə tutublar. Nəticədə RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.
BAKI, 21 sentyabr - Sputnik. Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.
Bundan başqa, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.
Hər iki faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Bu gün Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar. Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparılacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
Zaxarova Qarabağda sülhməramlıların həlak olması ilə bağlı danışdı
"Həmişə olduğu kimi, regionda sülh naminə zərbəni üzərinə götürən, həlak olan Rusiya sülhməramlılarının xatirəsi əbədi yaşayacaq". Bu sözlər Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Telegram kanalındakı paylaşımda əksini tapıb.
"Qara nankorluq... Onun köməyi ilə vicdansızlar onların (sülhməramlıların - red.) fəaliyyətini şübhə altına almağa, şücaətlərinə kölgə salmağa çalışırdılar, lakin əksinə, bu, böhtançıların üzərində əbədi rüsvayçılıq kimi qalacaq", - deyə Zaxarova bildirib.
Daha sonra paylaşımda deyilir:
"İndi isə faktlar. 2022-ci ilin əvvəlində İrəvanın əlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli 3 üçtərəfli bəyanatı var idi ki, bunlar da bütün tərəflərin maraqlarını nəzərə alaraq regionda həyatı qarşılıqlı hörmətlə və hərtərəfli qurmağın, sülh yolu ilə necə davranmağın siyasi və praktiki yol xəritəsi idi. İrəvan imzaladığını həyata keçirməyi deyil, var-dövlətini NATO/AB-dən axtarmağı seçdi.
Məhz Brüsselin və baş məsləhətçi - Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair bəyanat qəbul edilib.
Orada konkret bunlar deyilir: “Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər”. Yəni, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Eyni zamanda, mətndə region sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi zərurəti barədə bir kəlmə belə yoxdur".
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində xidmət aparan Rusiya sülhməramlılarının olduğu avtomobil Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub.
TASS-ın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində hərbçilər həlak olub.
“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən Rusiya hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan Rusiya hərbçiləri həlak olublar”, - deyə Rusiya MN-in məlumatında bildirilir.
Hərbi idarə qeyd edib ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.