Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya benzin və dizelin ixracına məhdudiyyət qoyub: Aİİ istisnadır

© AP Photo / Rogelio V. SolisYDM
YDM - Sputnik Azərbaycan, 1920, 21.09.2023
Abunə olmaq
RF Nazirlər Kabinetinin məlumatına görə, yanacağın ixracına tətbiq edilən məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqı ölkələrinə şamil edilmir.
BAKI, 21 sentyabr — Sputnik. Elvin Səlimov. Rusiya hökuməti daxili bazarda yanacağın qiymətini sabitləşdirmək üçün avtomobil benzini və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyətlər qoyub.
Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.
"Müvəqqəti məhdudiyyətlər yanacaq bazarını ödəməyə kömək edəcək ki, bu da öz növbəsində istehlakçılar üçün qiymətləri aşağı salacaq. Əvvəllər yanacaq bazarında vəziyyəti sabitləşdirmək üçün hökumət birjaya avtomobil benzini və dizel yanacağının tədarükü standartlarını artırıb. Həcmlərin operativ tənzimlənməsi ilə kənd təsərrüfatı istehsalçılarının ehtiyacları üçün yanacaq alışlarının monitorinqi də təşkil edilib", - deyə məlumatda vurğulanır.
Rusiyanın Energetika Nazirliyi bildirib ki, yanacağın ixracına tətbiq edilən məhdudiyyətlər müvəqqətidir və "boz" ixracı məhdudlaşdırmağa və daxili bazarı təmin etməyə kömək edəcək.
"Qeyd edilən məhdudiyyətlər avtomobil yanacaqlarının "boz" ixracını dayandırmağa və daxili bazarı ödəməyə imkan verəcək. İxrac məhdudiyyətləri ilə daxili bazarda mühərrik yanacağının tədarükünün artması gözlənilir. Məhdudiyyətlər müvəqqəti xarakter daşıyır", - deyə nazirlikdən bildirilib.
Nazirlər Kabinetinin qərarında isə deyilir ki, sentyabrın 21-dən Rusiyadan benzin və dizelin ixracına müvəqqəti qadağa tətbiq edilir. Məhdudiyyətlər bir sıra istisnaları ehtiva edir - məsələn, onlar Avrasiya İqtisadi İttifaqı ölkələrinə şamil edilmir və humanitar yardıma təsir etməyəcək.
Xəbər lenti
0