https://sputnik.az/20230921/qarabagdaki-qeyri-qanuni-ermeni-silahli-destelerinin-novbeti-texribatinin-qarsisi-alinib--458082613.html
Kəlbəcərdə sursat anbarı aşkarlanıb - VİDEO
Kəlbəcərdə sursat anbarı aşkarlanıb - VİDEO
Sputnik Azərbaycan
Qarabağda müharibə yenidən alovlanmaq üzrədir
2023-09-21T20:00+0400
2023-09-21T20:00+0400
2023-09-21T20:01+0400
qarabağ
müdafiə nazirliyi
erməni
şuşa
şuşa şəhərinin işğalı
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/05/425115599_0:3:1000:566_1920x0_80_0_0_8f258c5d17ccaac761fba1dac05c6d39.jpg
BAKI, 21 sentyabr - Sputnik. Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.31.08.23, 23:23Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubAvqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib."Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.***Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib."Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.***Avqustun 31-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib."Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.***Qeyri-qanuni erməni silahlı dəstələri Şuşada təxribata cəhd ediblərAvqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib."Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.27.08.23, 19:05Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri növbəti dəfə təxribata əl atıblar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Belə ki, Avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/05/425115599_121:0:880:569_1920x0_80_0_0_aabe1fc2a99c489d9e97c05ba5be720f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan azərbaycanın mövqelərini atəşə tutub qarabağda müharibə
ermənistan azərbaycanın mövqelərini atəşə tutub qarabağda müharibə
Kəlbəcərdə sursat anbarı aşkarlanıb - VİDEO
20:00 21.09.2023 (Yenilənib: 20:01 21.09.2023) Sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisindəki mülki obyektə daşındığı müəyyən edilib.
BAKI, 21 sentyabr - Sputnik. Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.
Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.
"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.
Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.
Avqustun 31-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.
Qeyri-qanuni erməni silahlı dəstələri Şuşada təxribata cəhd ediblər
Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.
Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri növbəti dəfə təxribata əl atıblar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Belə ki, Avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - deyə nazirliyin məlumatında bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.