https://sputnik.az/20230921/lavrovun-bmt-de-abs-ve-boyuk-britaniya-ile-temaslari-olmayacaq-458817668.html
Lavrovun BMT-də ABŞ və Böyük Britaniya ilə təmasları olmayacaq
Lavrovun BMT-də ABŞ və Böyük Britaniya ilə təmasları olmayacaq
Sputnik Azərbaycan
Sergey Lavrov BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin tədbirlərində iştirak etmək üçün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına gəlib. 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T22:17+0400
2023-09-21T22:17+0400
2023-09-21T22:17+0400
bmt
rusiya
mariya zaxarova
lavrov
rusiya xin rəhbəri sergey lavrov
bmt baş assambleyası
https://cdnn1.img.sputnik.az/img/42392/31/423923135_0:0:3641:2048_1920x0_80_0_0_7fad3af983fcb056420d93e596077c17.jpg
BAKI, 21 sentyabr — Sputnik. BMT Baş Assambleyasında Rusiya xarici işlər naziri Sergey Lavrovun cədvəlində Rusiya və ABŞ, eləcə də Böyük Britaniya ilə təmaslar nəzərdə tutulmayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu "Solovyev Live"də deyib. "Xeyr, cədvəlimizdə heç bir təmas planı yoxdur" - deyə Zaxarova müvafiq suala cavab verib. Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, heç bir NATO ölkəsi ilə təmaslar planlaşdırılmır. Yalnız Asiya, Latın Amerikası, Afrika ölkələri, dost ölkələr və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçiriləcək. Qeyd edək ki, bu günlərdə Sergey Lavrov BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin tədbirlərində iştirak etmək üçün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına gəlib. Rusiya XİN rəhbərinin ilk ikitərəfli görüşü iordaniyalı həmkarı ilə olub. Daha əvvəl bildirilib ki, BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində xarici tərəfdaşlarla görüşlər çərçivəsində danışıqlar zamanı Lavrov Rusiyanın "təcrid olunması" ilə bağlı zarafat edib. Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt ondan necə olduğunu soruşduqda, xarici işlər naziri hər şeyin qaydasında olduğunu, "biz yalnız təcriddən əziyyət çəkirik" deyə cavab verib. Bundan sonra hər iki siyasətçi gülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42392/31/423923135_409:0:3140:2048_1920x0_80_0_0_7d9d65883803ac7dfcea742c3671317a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bmt, mariya zaxarova, lavrov, rusiya xin rəhbəri sergey lavrov, bmt baş assambleyası
bmt, mariya zaxarova, lavrov, rusiya xin rəhbəri sergey lavrov, bmt baş assambleyası
Lavrovun BMT-də ABŞ və Böyük Britaniya ilə təmasları olmayacaq
Sergey Lavrov BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin tədbirlərində iştirak etmək üçün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına gəlib.
BAKI, 21 sentyabr — Sputnik. BMT Baş Assambleyasında Rusiya xarici işlər naziri Sergey Lavrovun cədvəlində Rusiya və ABŞ, eləcə də Böyük Britaniya ilə təmaslar nəzərdə tutulmayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu "Solovyev Live"də deyib.
"Xeyr, cədvəlimizdə heç bir təmas planı yoxdur" - deyə Zaxarova müvafiq suala cavab verib.
Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, heç bir NATO ölkəsi ilə təmaslar planlaşdırılmır. Yalnız Asiya, Latın Amerikası, Afrika ölkələri, dost ölkələr və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçiriləcək.
Qeyd edək ki, bu günlərdə Sergey Lavrov BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin tədbirlərində iştirak etmək üçün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına gəlib. Rusiya XİN rəhbərinin ilk ikitərəfli görüşü iordaniyalı həmkarı ilə olub.
Daha əvvəl bildirilib ki, BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində xarici tərəfdaşlarla görüşlər çərçivəsində danışıqlar zamanı Lavrov Rusiyanın "təcrid olunması" ilə bağlı zarafat edib. Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt ondan necə olduğunu soruşduqda, xarici işlər naziri hər şeyin qaydasında olduğunu, "biz yalnız təcriddən əziyyət çəkirik" deyə cavab verib. Bundan sonra hər iki siyasətçi gülüb.