Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan: Rusiya sıradan bir ölkə deyil

© AFP 2023 / ADEM ALTANTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.09.2023
Abunə olmaq
Türkiyə prezidenti qeyd edib ki, Rusiyanın dünyada tutduğu mövqeyinə görə öz yeri var və hazırda taxıl istehsalına görə dünyada lider ölkələrdən biridir.
BAKI, 21 sentyabr — Sputnik.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin liderlərinin Vladimir Putinə qarşı mənfi münasibətlərini düzgün hesab etmədiyini bildirib.
Bu barədə o, Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarına cavabında bildirib.
O qeyd edib ki, bu səbəblərdən Rusiyanı heçə saymaq olmaz:
“Çünki Rusiya sıradan bir ölkə deyil. Rusiyanın dünyada tutduğu mövqeyinə görə öz yeri var. Rusiya hazırda taxıl istehsalına görə dünyada lider ölkələrdən biridir”.
Ərdoğan onu da əlavə edib ki, hazırda Rusiya taxılının Afrika ölkələrinə göndərilməsi üçün işlər davam edir.
19.09.23, 20:35
Ərdoğan: Rusiyaya Qərbdən heç də az inanmıram
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya və Prezident Vladimir Putinə Qərbdən heç də az güvənmədiyini bildirib.
"Mənim güvənməmək üçün heç bir səbəbim yoxdur. Qərb nə qədər etibarlıdırsa, Rusiya da bir o qədər etibarlıdır. Aİ bizi öz qapısında 50 il gözlədib. Hazırda mən Rusiyaya Qərbdən heç də az güvənmirəm", - deyə Ərdoğan Amerikanın "PBS" kanalına müsahibəsində bildirib.
Müxbirin Putinin guya "Ukraynadakı müharibədə taxıl müqaviləsindən üstünlük kimi istifadə etməsi" və "onun rəhbərliyinə etibar etmək olmaz" sualına Ərdoğan mənfi cavab verib.
"Razı deyiləm. Türkiyəyə təbii qazın yarısı Rusiyadan gəlir, bu, bizim həmrəy olduğumuzu göstərir. Müdafiə sənayesində birgə addımlar atır və əməkdaşlıq edirik. Biz bütün bunları Rusiya ilə birlikdə edə bilərik" - deyə o, vurğulayıb.
Xəbər lenti
0