QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bakı ilə İrəvan arasında razılaşma 5 bənddən ibarətdir - Prezidentin nümayəndəsi

© Photo : REPORTElçin Əmirbəyov
Elçin Əmirbəyov - Sputnik Azərbaycan, 1920, 21.09.2023
Abunə olmaq
Elçin Əmirbəyov deyib ki, Yevlaxda keçirilən bugünkü danışıqlar çoxlu görüşlərin birincisidir.
BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi beş əsas bənddən ibarətdir.
Bu sözləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
"Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi beynəlxalq hüquqda nəzərdə tutulan beş əsas bənddən ibarətdir. Bu sənədin ən mühüm bəndlərindən biri iki dövlət arasında qarşılıqlı hörmətdir və hər iki tərəf bu prinsipə sadiqliyini təsdiqləyib", - Elçin Əmirbəyov vurğulayıb.
O qeyd edib ki, saziş layihəsi dövlətlər arasında sərhədlərə hörmətlə yanaşı, iki ölkənin suverenliyinin və ərazi bütövlüyünün tanınmasını təmin edir və həmçinin tərəflərin bir-birinin daxili işlərinə qarışmamasını bəyan edir.
***
Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlərin bir görüşdə həllini gözləmək çətindir. Bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
Qarabağ ermənilərinin nümayəndə heyəti bundan əvvəl Azərbaycan nümayəndə heyəti ilə danışıqların aparıldığı Azərbaycanın Yevlax şəhərini tərk edib. Danışıqlar zamanı Qarabağ ermənilərinin reinteqrasiyası məsələləri müzakirə olunub. Görüş Qarabağda atəşkəs razılaşmalarının əldə olunmasının ertəsi günü baş tutub.
"Hesab edirəm ki, Yevlaxda bugünkü danışıqlar çoxlu görüşlərin birincisidir. Qarabağ erməniləri ilə Azərbaycan arasında olan bütün problemlərin bir görüşdə həll olunacağını gözləmək olmaz", - Əmirbəyov "Sky News Arabia" telekanalının efirində deyib.
Sentyabrın 19-da Azərbaycan Qarabağda konstitusiya quruluşunu bərpa etmək üçün lokal antiterror əməliyyatına başlayıb. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə atəşkəs haqqında razılıq əldə olunub, atəşkəs şərtləri arasında, xüsusən də Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi və ağır texnikanın Qarabağdan çıxarılması qeyd edilib.
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş - Sputnik Azərbaycan, 1920, 21.09.2023
QARABAĞ
Yevlax görüşünün ilk təfərrüatları məlum olub - VİDEO
Xəbər lenti
0