https://sputnik.az/20230921/azerbaycan-xn-cozep-borelin-beyanatini-sert-tenqid-edib-458842058.html
Azərbaycan XİN Cozep Borrelin bəyanatını sərt tənqid edib
Azərbaycan XİN Cozep Borrelin bəyanatını sərt tənqid edib
Sputnik Azərbaycan
Avropa ittifaqı ermənilərlə bağlı rəsmi Bakıya hədə-qorxu gəldi
2023-09-21T23:09+0400
2023-09-21T23:09+0400
2023-09-22T10:19+0400
rusiya
cosep borrel
hakan fidan
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438284239_0:181:2999:1868_1920x0_80_0_0_4c928c31d8daf20e9882179e17ec0b8d.jpg
BAKI, 21 sentyabr - Sputnik. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.Qeyd olunub ki, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinib, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olması istiqamətində fəaliyyətini heç vaxt təqdir etməyib:“Azərbaycana qarşı belə qərəzli yanaşmanın hədələyici bəyanat səviyyəsinə çıxarılması regionumuzda sülhə xələl gətirir. Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib və Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri ilə bağlı iddialarının erməni əhalisinə qarşı olması hətta Ermənistanın Baş naziri tərəfindən sentyabrın 21-də əhaliyə müraciətində təkzib edilib”.Borrel nə deyib?Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin strukturun saytında dərc olunmuş bəyanatında deyilir ki, Dağlıq Qarabağda mülki əhalinin hərbi və ya digər üsullarla məcburi köçkün vəziyyətinə düşməsi halında Avropa İttifaqı sərt cavab verəcək. Borrelin sözlərinə görə, vəziyyətin daha da pisləşəcəyi təqdirdə Aİ müvafiq addımlar atmağa hazırdır. Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinə qarşı hərbi əməliyyatını pisləyir və insan itkisinə görə kədərlənir. Brüssel hərbi əməliyyatların dərhal və tam dayandırılmasını və atəşkəs rejiminə əməl olunmasını gözləyir. Borrel vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin fevral və iyul aylarında qəbul etdiyi qərarlara uyğun olaraq əhalinin humanitar yardıma dərhal və maneəsiz çıxışını təmin etməyə, o cümlədən Laçın dəhlizinin blokunu tamamilə açmağa çağırır. Humanitar təşkilatların regionda sərbəst fəaliyyət göstərməsinə icazə verilməlidir və Aİ ölkələri təcili humanitar yardım göstərməyə hazırdır. Bəyanatda həmçinin bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin, o cümlədən onların öz evlərində qorxu və ayrı-seçkilik olmadan yaşamaq hüququnun təmin edilməsinə cavabdehdir. Avropa İttifaqı Bakını və Qarabağ ermənilərini bütün məsələlər üzrə dərhal şəffaf dialoqa çağırır. Avropa diplomatiyasının rəhbəri bəyanatında bildirib ki, Aİ Ermənistan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir, Bakını 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə qeyd-şərtsiz sadiqliyini təsdiq etməyə çağırır. “Brüssel Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə edilməsi üçün danışıqların bərpasına çağırır və Aİ-nin xüsusi nümayəndəsinin dəstəyi ilə Avropa İttifaqının sədrinin himayəsi altında tərəflərin dialoqunu dəstəkləməyə hazırdır" - Borrell vurğulayıb."Aİ Ermənistanın demokratik yolla seçilmiş hakimiyyətinə, o cümlədən təhlükəsizlik və demokratik islahatların davam etdirilməsi sahəsində bundan sonra da dəstək verməyə hazırdır. Aİ-nin Ermənistandakı müşahidə missiyası Azərbaycanla sərhədin Ermənistan tərəfində vəziyyətin monitorinqini davam etdirəcək" - o, əlavə edib.Cozep Borrel Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşübAvropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bu gün Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.Bu barədə Cozef Borel "X" platformasındakı paylaşımında qeyd edib.O, bildirib ki, görüşdə Aİ-Türkiyə əlaqələrində atılacaq növbəti addımlar, həmçinin Qarabağdakı vəziyyət müzakirə edilib.
https://sputnik.az/20230131/a-terefinden-azerbaycana-qarsi-hec-bir-sanksiya-tetbiq-olunmayacaq---borrell-451272184.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438284239_134:0:2865:2048_1920x0_80_0_0_450d076b4740b2c87127b72aea3467da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa ittifaqı cozef borrel qarabağ ermənilər köçkün
avropa ittifaqı cozef borrel qarabağ ermənilər köçkün
Azərbaycan XİN Cozep Borrelin bəyanatını sərt tənqid edib
23:09 21.09.2023 (Yenilənib: 10:19 22.09.2023) XİN bildirib ki, Azərbaycana qarşı belə qərəzli yanaşmanın hədələyici bəyanat səviyyəsinə çıxarılması regionumuzda sülhə xələl gətirir.
BAKI, 21 sentyabr - Sputnik. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinib, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olması istiqamətində fəaliyyətini heç vaxt təqdir etməyib:
“Azərbaycana qarşı belə qərəzli yanaşmanın hədələyici bəyanat səviyyəsinə çıxarılması regionumuzda sülhə xələl gətirir. Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib və Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri ilə bağlı iddialarının erməni əhalisinə qarşı olması hətta Ermənistanın Baş naziri tərəfindən sentyabrın 21-də əhaliyə müraciətində təkzib edilib”.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin strukturun saytında dərc olunmuş bəyanatında deyilir ki, Dağlıq Qarabağda mülki əhalinin hərbi və ya digər üsullarla məcburi köçkün vəziyyətinə düşməsi halında Avropa İttifaqı sərt cavab verəcək.
Borrelin sözlərinə görə, vəziyyətin daha da pisləşəcəyi təqdirdə Aİ müvafiq addımlar atmağa hazırdır. Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinə qarşı hərbi əməliyyatını pisləyir və insan itkisinə görə kədərlənir. Brüssel hərbi əməliyyatların dərhal və tam dayandırılmasını və atəşkəs rejiminə əməl olunmasını gözləyir.
Borrel vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin fevral və iyul aylarında qəbul etdiyi qərarlara uyğun olaraq əhalinin humanitar yardıma dərhal və maneəsiz çıxışını təmin etməyə, o cümlədən Laçın dəhlizinin blokunu tamamilə açmağa çağırır. Humanitar təşkilatların regionda sərbəst fəaliyyət göstərməsinə icazə verilməlidir və Aİ ölkələri təcili humanitar yardım göstərməyə hazırdır.
Bəyanatda həmçinin bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin, o cümlədən onların öz evlərində qorxu və ayrı-seçkilik olmadan yaşamaq hüququnun təmin edilməsinə cavabdehdir. Avropa İttifaqı Bakını və Qarabağ ermənilərini bütün məsələlər üzrə dərhal şəffaf dialoqa çağırır.
Avropa diplomatiyasının rəhbəri bəyanatında bildirib ki, Aİ Ermənistan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir, Bakını 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə qeyd-şərtsiz sadiqliyini təsdiq etməyə çağırır.
“Brüssel Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə edilməsi üçün danışıqların bərpasına çağırır və Aİ-nin xüsusi nümayəndəsinin dəstəyi ilə Avropa İttifaqının sədrinin himayəsi altında tərəflərin dialoqunu dəstəkləməyə hazırdır" - Borrell vurğulayıb.
"Aİ Ermənistanın demokratik yolla seçilmiş hakimiyyətinə, o cümlədən təhlükəsizlik və demokratik islahatların davam etdirilməsi sahəsində bundan sonra da dəstək verməyə hazırdır. Aİ-nin Ermənistandakı müşahidə missiyası Azərbaycanla sərhədin Ermənistan tərəfində vəziyyətin monitorinqini davam etdirəcək" - o, əlavə edib.
Cozep Borrel Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bu gün Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bu barədə Cozef Borel "X" platformasındakı paylaşımında qeyd edib.
O, bildirib ki, görüşdə Aİ-Türkiyə əlaqələrində atılacaq növbəti addımlar, həmçinin Qarabağdakı vəziyyət müzakirə edilib.