https://sputnik.az/20230921/abs-kesfiyyati-rusiyanin-ukrayna-munaqisesinde-qelebesini-taniyib-458831237.html
ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna münaqişəsində qələbəsini tanıyıb
ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna münaqişəsində qələbəsini tanıyıb
Sputnik Azərbaycan
ABŞ kəşfiyyatı Ukraynanın Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmaq qabiliyyətinə şübhə edirlər. 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T21:24+0400
2023-09-21T21:24+0400
2023-09-21T21:24+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
abş
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216729_0:160:3071:1887_1920x0_80_0_0_a4557a25ac91b3431ad125fd8d2033a6.jpg
BAKI, 21 sentyabr - Sputnik. ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna münaqişəsindəki qələbəsini tanıyıb. Bu barədə amerikalı jurnalist Seymur Herş kəşfiyyatdakı mənbəyə istinadən məlumat verib. Jurnalistin sözlərinə görə, kəşfiyyatın nəticəsinə baxmayaraq, Ağ Ev media ilə birlikdə bunun əksini, yalan danışmağa davam edir. "Rusiya qalib gəldi. Artıq Ukraynanın hücumu yoxdur. Lakin Ağ Ev və ABŞ mediası yalanı dəstəkləməlidir", - deyə Herş "Substack" platformasındakı səhifəsində adı açıqlanmayan ABŞ kəşfiyyat rəsmisindən sitat gətirib. Herş əlavə edib ki, ABŞ kəşfiyyatında Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmaq qabiliyyətinə şübhə edirlər. Jurnalistin fikrincə, Ukrayna ordusunda döyüş ruhu da çox sarsılıb. Qeyd edək ki, Almaniyada media da Ukrayna hücumunun guya uğur qazanması ilə bağlı yalanlara qapılıb. Almaniyanın təqaüdçü polkovniki Volfqanq Rixter bildirib ki, Ukrayna Silahlı Qüvvələri irəliləyiş əldə etməyib və ümumi uğur Rusiya Silahlı Qüvvələrinə məxsusdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216729_171:0:2900:2047_1920x0_80_0_0_e68d0300efb6f427306c088df8fafa3d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna, abş
ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna münaqişəsində qələbəsini tanıyıb
ABŞ kəşfiyyatı Ukraynanın Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmaq qabiliyyətinə şübhə edirlər.
BAKI, 21 sentyabr - Sputnik. ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna münaqişəsindəki qələbəsini tanıyıb.
Bu barədə amerikalı jurnalist Seymur Herş kəşfiyyatdakı mənbəyə istinadən məlumat verib.
Jurnalistin sözlərinə görə, kəşfiyyatın nəticəsinə baxmayaraq, Ağ Ev media ilə birlikdə bunun əksini, yalan danışmağa davam edir.
"Rusiya qalib gəldi. Artıq Ukraynanın hücumu yoxdur. Lakin Ağ Ev və ABŞ mediası yalanı dəstəkləməlidir", - deyə Herş "Substack" platformasındakı səhifəsində adı açıqlanmayan ABŞ kəşfiyyat rəsmisindən sitat gətirib.
Herş əlavə edib ki, ABŞ kəşfiyyatında Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmaq qabiliyyətinə şübhə edirlər. Jurnalistin fikrincə, Ukrayna ordusunda döyüş ruhu da çox sarsılıb.
Qeyd edək ki, Almaniyada media da Ukrayna hücumunun guya uğur qazanması ilə bağlı yalanlara qapılıb. Almaniyanın təqaüdçü polkovniki Volfqanq Rixter bildirib ki, Ukrayna Silahlı Qüvvələri irəliləyiş əldə etməyib və ümumi uğur Rusiya Silahlı Qüvvələrinə məxsusdur.