Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukraynada vətəndaş müharibəsinə görə birbaşa məsuliyyəti Qərb daşıyır - Lavrov

© AFP 2024 / YUKI IWAMURA Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv
 Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
Rusiyalı nazir bildirib ki, Qərb faktlara əsaslanan substantiv söhbətdən yayınır və BMT Nizamnaməsinin tələblərinə hörmət etmir.
BAKI, 20 sentyabr - Sputnik. Qərb Minsk razılaşmalarının icrasını pozub və buna görə də “Ukraynanın dağılmasına” və orada vətəndaş müharibəsinin qızışdırılmasına görə birbaşa məsuliyyət daşıyır. TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

“Minsk razılaşmalarının icrasını pozan Qərb Ukraynanın dağılmasında və orada vətəndaş müharibəsinin qızışdırılmasında birbaşa məsuliyyət daşıyır”, - deyə nazir bildirib.

Diplomat qeyd edib ki, Qərb BMT Nizamnaməsinin tələblərinə əsaslanan substantiv söhbətdən yayınır, Ukrayna məsələlərində dürüst dialoq üçün heç bir arqumenti yoxdur:
"Qərb faktlara əsaslanan substantiv söhbətdən və BMT Nizamnaməsinin bütün tələblərinə hörmətdən yayınır. Görünür, onun dürüst dialoq üçün heç bir arqumenti yoxdur".
Rusiyalı nazir onu da vurğulayıb ki, hazırda Qərb opponentlərinin ritorikasında Moskva “yalnız şüarları eşidir: işğal, təcavüz, ilhaq”.

“Problemin altında yatan səbəblər, onların uzun illər İkinci Dünya Müharibəsinin nəticələrini və öz xalqının tarixini yenidən yazan açıq-aşkar nasist rejimini necə bəslədikləri haqqında bir kəlmə də yoxdur”, - deyə Rusiya XİN rəhbəri bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0