Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə, Gürcüstan və Rusiya arasında il boyu bərə reysləri açılacaq

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidBərə, arxiv şəkli
Bərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Vladimir Padalkonun sözlərinə görə, bərə 300 sərnişin yeri üçün nəzərdə tutulub.
BAKI, 20 sentyabr — Sputnik. Türkiyə, Gürcüstan və Rusiya arasında il boyu bərə əlaqəsi istifadəyə veriləcək.
Rusiya Ticarət və Sənaye Palatasının (TSP) vitse-prezidenti Vladimir Padalko Rusiya Federasiyası TSP yanında Rusiya-Gürcüstan işgüzar şurasının iclasının yekunlarına əsasən bu barədə jurnalistlərə məlumat verib.

"Dəniz sahəsində Türkiyə-Gürcüstan-Rusiya bərə əlaqəsi ilə bağlı danışdıq. Hazırda 150 avtomobil və 300 sərnişin yerinə malik bərə istifadəyə verilir. O, demək olar ki, il boyu fəaliyyət göstərəcək", - deyə "TASS" Padalkoya istinadən bildirib.

Onun sözlərinə görə, görüşdə Gürcüstanla Rusiya arasında dəmir yolu əlaqəsi məsələsi də qaldırılıb.
"Əgər biz dəmir yolu əlaqəsini canlandıra bilsək, o, necə gedəcək - İnquşetiyanın təklif etdiyi yeni marşrutlar vasitəsilə? Yoxsa, Abxaziyadan keçən köhnə marşrutu canlandıracağıq ki, bu, sıçrayış anı olacaq", - deyə Rusiya Ticarət və Sənaye Palatasının vitse-prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, Rusiyadan Gürcüstana və əks istiqamətdə uçuşlar həyata keçirən sərnişinlər üçün bilet qiymətlərinin aşağı salınması ilə bağlı aviadaşıyıcılara müraciət göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0