https://sputnik.az/20230920/rusiya-suriya-uzre-dordterefli-gorusun-tez-vaxtda-kecirilmesinin-terefdaridir---boqdanov-458793693.html
Rusiya Suriya üzrə dördtərəfli görüşün tez vaxtda keçirilməsinin tərəfdarıdır - Boqdanov
Rusiya Suriya üzrə dördtərəfli görüşün tez vaxtda keçirilməsinin tərəfdarıdır - Boqdanov
Sputnik Azərbaycan
Suriya üzrə dördtərəfli formatda ilk görüş mayın 10-da Moskvada Rusiya Federasiyası, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin iştirakı ilə baş... 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T22:57+0400
2023-09-20T22:57+0400
2023-09-20T22:57+0400
suriya
rusiya
rusiya
dəməşq
ankara
yaxın şərq
https://cdnn1.img.sputnik.az/img/41173/98/411739843_0:0:3017:1697_1920x0_80_0_0_4162f0f0531c122b2f87aa1753e6c52a.jpg
BAKI, 20 sentyabr — Sputnik. Moskva Suriya-Türkiyə münasibətlərinin mümkün qədər tez normallaşdırılması üçün dördtərəfli görüşün keçirilməsinin tərəfdarıdır, lakin hələlik konkret bir tarix yoxdur. Bunu TASS-a Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. "Hələ konkret bir tarix yoxdur, ancaq biz Dəməşqdəki, Ankaradakı və təbii olaraq Tehrandakı dostlarımızla danışırıq. Vaxt itirməyə ehtiyac yoxdur və biz mümkün qədər tez hərəkət etməliyik. Çünki bu düzgün istiqamətdir", - deyə o, dördtərəfli görüşün nə vaxt planlaşdırıldığı ilə bağlı sualı cavablandırarkən bildirib. Eyni zamanda diplomat qeyd edib ki, Rusiya tərəfi hazırda Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsini tamamlamaq üzrədir.Suriya üzrə dördtərəfli formatda ilk görüş mayın 10-da Moskvada Rusiya Federasiyası, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin iştirakı ilə baş tutub.Xarici işlər nazirlərinin müavinlərinə Dəməşq və Ankara arasında əlaqələrin inkişafı üçün yol xəritəsinin hazırlanması tapşırılması qərara alınıb. Suriya üzrə Astana formatında iyunun 20-21-də keçirilən görüşdə tərəflər yol xəritəsi layihəsini müzakirə ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
dəməşq
ankara
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41173/98/411739843_0:0:2677:2008_1920x0_80_0_0_f049ae01658e512f8d33d26a6149f2cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
suriya, rusiya, dəməşq, ankara, yaxın şərq
suriya, rusiya, dəməşq, ankara, yaxın şərq
Rusiya Suriya üzrə dördtərəfli görüşün tez vaxtda keçirilməsinin tərəfdarıdır - Boqdanov
Suriya üzrə dördtərəfli formatda ilk görüş mayın 10-da Moskvada Rusiya Federasiyası, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin iştirakı ilə baş tutub.
BAKI, 20 sentyabr — Sputnik. Moskva Suriya-Türkiyə münasibətlərinin mümkün qədər tez normallaşdırılması üçün dördtərəfli görüşün keçirilməsinin tərəfdarıdır, lakin hələlik konkret bir tarix yoxdur. Bunu TASS-a Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
"Hələ konkret bir tarix yoxdur, ancaq biz Dəməşqdəki, Ankaradakı və təbii olaraq Tehrandakı dostlarımızla danışırıq. Vaxt itirməyə ehtiyac yoxdur və biz mümkün qədər tez hərəkət etməliyik. Çünki bu düzgün istiqamətdir", - deyə o, dördtərəfli görüşün nə vaxt planlaşdırıldığı ilə bağlı sualı cavablandırarkən bildirib.
Eyni zamanda diplomat qeyd edib ki, Rusiya tərəfi hazırda Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsini tamamlamaq üzrədir.
"Biz Astanada hazırladığımız layihəni təqdim etdik. Amma bu sənəd ümumi olmalı və konsensus yanaşmasına əsaslanmalıdır. Yol xəritəsi hamıya uyğun olmalıdır. Biz layihəmizi Astanada təqdim edəndə təbii olaraq müzakirələr yarandı. Ona görə də biz Astanada görüşümüz zamanı səslənən iradları nəzərə alaraq bu yol xəritəsini yekunlaşdırmaq məsələsini yenidən öz üzərimizə götürdük. İndi iranlı həmkarlarımızın hər hansı əlavə fikir və ya ideyası olarsa, bizimlə bölüşməsini gözləyirik", - deyə Boqdanov qeyd edib.
Suriya üzrə dördtərəfli formatda ilk görüş mayın 10-da Moskvada Rusiya Federasiyası, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin iştirakı ilə baş tutub.
Xarici işlər nazirlərinin müavinlərinə Dəməşq və Ankara arasında əlaqələrin inkişafı üçün yol xəritəsinin hazırlanması tapşırılması qərara alınıb. Suriya üzrə Astana formatında iyunun 20-21-də keçirilən görüşdə tərəflər yol xəritəsi layihəsini müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.