https://sputnik.az/20230920/rf-energetika-nazirliyi-olkede-yanacaq-qiymetlerini-sabitlesdirmek-ucun-addimlara-hazirdir-458795392.html
RF Energetika Nazirliyi ölkədə yanacaq qiymətlərini sabitləşdirmək üçün addımlara hazırdır
RF Energetika Nazirliyi ölkədə yanacaq qiymətlərini sabitləşdirmək üçün addımlara hazırdır
Sputnik Azərbaycan
Nazirlik Rusiyada neft məhsullarının “boz ixracını” kökündən dayandırmaq niyyətindədir. 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T22:13+0400
2023-09-20T22:13+0400
2023-09-20T22:13+0400
yanacaq
rusiya
ixrac
hökumət
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558083_0:0:3072:1728_1920x0_80_0_0_f0d845bf6d82f8b80f36cf5fc83d3a56.jpg
BAKI, 20 sentyabr - Sputnik. Rusiya Energetika Nazirliyi yaxın vaxtlarda xaricə qanunsuz yanacaq ixracına qarşı mübarizə üçün bir sıra sərt tədbirlər görmək niyyətindədir. Bu barədə TASS Rusiya Energetika Nazirliyinin rəhbərinin birinci müavini Pavel Sorokinin Dövlət Dumasında söylədiklərinə istinadən xəbər verib. Onun sözlərinə görə, yaxın günlərdə Rusiya hökuməti daxili və xarici bazarlarda qiymət fərqindən asılı olmayaraq “boz ixrac” kanallarının bağlanmasına imkan verəcək tədbirlər görəcək. Nazirliyin nümayəndəsi vurğulayıb ki, gələcəkdə bu cür sxemlərin qarşısının alınmasına yönəlmiş sistemli həllər hazırlanır. Sentyabrın əvvəlində Rusiya Energetika Nazirliyi artıq Rusiyada yanacaq qiymətlərini nəzarət altına almaq planlarını açıqlayıb. Bu yaxınlarda Nazirlik Rusiyada yanacaq qiymətlərinin aşağı salınacağına söz verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558083_341:0:3072:2048_1920x0_80_0_0_805b134c83dcdd1e8121c382b551c1a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yanacaq, ixrac, hökumət
RF Energetika Nazirliyi ölkədə yanacaq qiymətlərini sabitləşdirmək üçün addımlara hazırdır
Nazirlik Rusiyada neft məhsullarının “boz ixracını” kökündən dayandırmaq niyyətindədir.
BAKI, 20 sentyabr - Sputnik. Rusiya Energetika Nazirliyi yaxın vaxtlarda xaricə qanunsuz yanacaq ixracına qarşı mübarizə üçün bir sıra sərt tədbirlər görmək niyyətindədir.
Bu barədə TASS Rusiya Energetika Nazirliyinin rəhbərinin birinci müavini Pavel Sorokinin Dövlət Dumasında söylədiklərinə istinadən xəbər verib.
Onun sözlərinə görə, yaxın günlərdə Rusiya hökuməti daxili və xarici bazarlarda qiymət fərqindən asılı olmayaraq “boz ixrac” kanallarının bağlanmasına imkan verəcək tədbirlər görəcək.
"Hazırda bunun üzərində işləyirik, yaxın vaxtlarda biz kifayət qədər radikal addımlar atacağıq, bu fürsəti dəyərləndirmək üçün imkanlar artıq hökumətdədir", - deyə Sorokin bildirib.
Nazirliyin nümayəndəsi vurğulayıb ki, gələcəkdə bu cür sxemlərin qarşısının alınmasına yönəlmiş sistemli həllər hazırlanır.
Sentyabrın əvvəlində Rusiya Energetika Nazirliyi artıq Rusiyada yanacaq qiymətlərini nəzarət altına almaq planlarını açıqlayıb.
Bu yaxınlarda Nazirlik Rusiyada yanacaq qiymətlərinin aşağı salınacağına söz verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.