Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran və Rusiya güclü ittifaq yaratmaq üçün bütün ilkin şərtlərə malikdir - Aştiani

© AFP 2024 / ATTA KENAREMəhəmməd Rza Aştiani
Məhəmməd Rza Aştiani  - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
İranlı nazir qeyd edib ki, əlaqələr həm də ölkələrin liderlərinin dəstəyi ilə əlamətdardır və regionda təhlükəsizlik və sabitliyə təminat verir.
BAKI, 20 sentyabr — Sputnik. İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmməd Rza Aştiani Tehranda Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
İranlı nazir bildirib ki, Moskva və Tehran arasında müdafiə sektorunda ikitərəfli əlaqələr son 10 ildə görünməmiş inkişafa nail olub.
"Sizin səfəriniz və anlaşma memorandumunun imzalanması ikitərəfli münasibətlərimizdə tamamilə yeni dövrün başlanmasından xəbər verir", - deyə nazir qeyd edib.
Nazir onu da vurğulayıb ki, əlaqələr həm də ölkələrin liderlərinin dəstəyi ilə əlamətdardır və regionda təhlükəsizlik və sabitliyə təminat verir. O qeyd edib ki, hazırda dünya nimzamındamühüm dəyişikliklər baş verir.

"Bir çox ölkələr nəhayət ki, çoxqütblü dünya yaratmaq haqqında düşünməyə başlayıblar, bu ölkələr müstəqil düşünməyə başlayıblar və məmnunluqla qeyd etmək istərdim ki, onların arasında Avropa dövlətləri də var", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, ŞƏT təşkilatı, eləcə də BRİKS çərçivəsində keçirilən görüşlər nümayiş etdirir ki, bir çox ölkələr çoxqütblüyə doğru yönləndirilir.
© Sputnik / Пресс-служба Минобороны РФ / Mediabanka keçidRusiyanın müdafiə naziri Sergey Şoyqu
Министр обороны РФ Сергей Шойгу - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Rusiyanın müdafiə naziri Sergey Şoyqu
Aştiani həmçinin qeyd edib ki, son bir neçə ildə Rusiya və İran əməkdaşlıq dairəsini əhəmiyyətli dərəcədə genişləndirib.
"Xüsusən də regional məsələləri, o cümlədən terrorizm və ekstremizmə qarşı birgə mübarizəni qeyd etmək istərdim", - o vurğulayıb.
İranlı nazirin sözlərinə görə, dünyada hadisələr elə inkişaf edib ki, İran və Rusiya güclü ittifaq yaratmaq üçün bütün ilkin şərtlərə malikdir: "Əminəm ki, əməkdaşlığımız beynəlxalq arenada sülh və sabitliyə gətirib çıxaracaq", - o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0