Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir - Volodin

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
Dövlət Dumasının sədri qeyd edib ki, 2023-cü ilin mayında Brüsseldə Avropa İttifaqının himayəsi altında keçirilən daha bir sammitdə iki ölkənin əraziləri ən yaxın kvadrat kilometrə qədər qeyd edilib.
BAKI, 20 sentyabr — Sputnik. Qarabağda baş verənlərin səbəblərini düzgün qiymətləndirmək üçün əvvəllər qəbul edilmiş qərarları nəzərə almaq lazımdır. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Teleqram kanalında yazıb.

"Bir il əvvəl, 2022-ci ilin oktyabrında Avropa İttifaqının himayəsi altında Praqada sammit keçirilib və bu sammitdə Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və MDB-nin 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. Bu o deməkdir ki, Qarabağ Azərbaycan SSR-in tərkibində olarkən hər iki tərəf keçmiş sovet respublikalarının sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bir sözlə, Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi olması ilə razılaşıb", - deyə Rusiya parlamentinin sədri bildirib.

Volodin onu da qeyd edib ki, 2023-cü ilin mayında Brüsseldə Avropa İttifaqının himayəsi altında keçirilən daha bir sammitdə iki ölkənin əraziləri ən yaxın kvadrat kilometrə qədər qeyd edilib:

"Bu qərarlara əsaslanaraq, hüquqi baxımdan bu gün Bakı öz ərazisində fəaliyyət göstərir. Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir. Eyni zamanda, orada yaşayan mülki əhalinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması vacibdir. Ölkəmiz hər zaman istənilən münaqişənin siyasi və diplomatik yolla həllinin tərəfdarıdır. Rusiya sülhməramlıları Qarabağ əhalisinə tibbi və humanitar yardım göstərmək üçün lazım olan hər şeyi edirlər".

Qeyd edək ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Separatçılar təslim oldular
Azərbaycan Müdafiə nazirliyindən məlumat verilib ki, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0