Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin oktyabrda Çinə səfər edəcək

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin və Si Cinpin
Vladimir Putin və Si Cinpin - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
Rusiya lideri bildirib ki, “Bir kəmər, bir yol” ölkəsinin maraqlarına tam uyğundur.
BAKI, 20 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin oktyabrda Çinə səfər etmək təklifini məmnuniyyətlə qəbul etdiyini bildirib.

"Əlbəttə, mən Çin lideri Si Cinpinin oktyabrda “Bir kəmər, bir yol” forumunu ziyarət etmək dəvəti qəbul etdim", - deyə Rusiya prezidenti Çin Xarici İşlər Nazirliyinin rəhbəri Van İ ilə görüşündə bildirib.

Putin vurğulayıb ki, bu, Rusiyanın maraqlarına tam uyğundur, əslində həm bizim böyük Avrasiya məkanı yaratmaq ideyalarımızı, həm də Çinin maraqlarını özündə ehtiva edir: "Biz olduqca sinxron hərəkət edirik".
Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib.
Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0