Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO-nun 2024-cü il təlimləri Rusiyaya qarşı hərbi əməliyyatlara hazırlıqdır - Qruşko

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
Bundan əvvəl Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer NATO-nun 2024-cü ildə Soyuq Müharibədən sonrakı tarixində ən böyük təlim keçirəcəyini bildirmişdi.
BAKI, 20 sentyabr — Sputnik. NATO-nun Soyuq Müharibədən sonra elan etdiyi ən genişmiqyaslı 2024-cü il təlimləri Rusiyaya qarşı hərbi əməliyyata hazırlıqdır. Bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko məlumat verib.

"Bunlar təxribat xarakterli təlimlərdir, açıq-aşkar aqressiv xarakter daşıyır, Rusiyaya qarşı güc nümayişi, hərbi-siyasi təzyiq cəhdidir. Ssenari elə qurulub ki, bunun Rusiya ilə hərbi toqquşma üçün hazırlıqların bir hissəsi olduğuna şübhə yeri qoymur. Hərbi nöqteyi-nəzərdən bu, heç nə verməyəcək, lakin bu bir daha qərb sərhədlərimizin, o cümlədən şimal-qərb zonasının təhlükəsizliyini təmin etmək üçün qəbul edilmiş və gələcəkdə qəbul ediləcək bütün qərarların həyata keçirilməsinin zəruriliyini vurğulayır", - Qruşko deyib.

Nazir müavini əlavə edib ki, təlimlərə hücum mərhələləri daxildir:
"Bu, Avropanın şimalında sabitliyi pozmaq üçün atılan növbəti məqsədyönlü addımdır".
Bundan əvvəl Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer NATO-nun 2024-cü ildə Soyuq Müharibədən sonrakı tarixində ən böyük təlim keçirəcəyini bildirmişdi. Bauerin sözlərinə görə, Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək təlimlərdə 40 mindən çox şəxs iştirak edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0