https://sputnik.az/20230920/ermenilerin-agdami-atese-tutmasi-neticesinde-xesaret-alan-mulki-sexsin-veziyyeti-necedir-458792345.html
Ermənilərin Ağdamı atəşə tutması nəticəsində xəsarət alan mülki şəxsin vəziyyəti necədir?
Ermənilərin Ağdamı atəşə tutması nəticəsində xəsarət alan mülki şəxsin vəziyyəti necədir?
Sputnik Azərbaycan
Sağ diz və sol dirsək nahiyələrinin qəlpə yaralanması diaqnozu ilə gətirilən M.Həsənova lazımi tibbi yardım göstərilib. 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T17:58+0400
2023-09-20T17:58+0400
2023-09-20T17:58+0400
ağdam
qarabağ
sakin
atəş
xəstəxana
https://cdnn1.img.sputnik.az/img/07e7/09/14/458792178_0:0:1120:630_1920x0_80_0_0_92a25491bb161ca4c6361acaec580132.jpg
BAKI, 20 sentyabr — Sputnik. Ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iriçaplı silahlardan atəşə tutulması nəticəsində yaralanan ekskavator operatorunun vəziyyəti stabildir. AZƏRTAC xəbər verir ki, qəlpə yaraları alan Mehman Həsənov Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sağ diz və sol dirsək nahiyələrinin qəlpə yaralanması diaqnozu ilə gətirilən M.Həsənova lazımi tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, hazırda vəziyyəti stabildir, müalicəsi davam etdirilir. Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində qanunsuz Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iriçaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa-quruculuq işləri aparan şirkətlərdən birinin ekskavator operatoruna - 1992-ci il təvəllüdlü mülki şəxs Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib. Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.11, 29, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürməyə cəhd) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələri ilə cinayət işi başlanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/14/458792178_280:0:1120:630_1920x0_80_0_0_3f043250fb929c44249df8e5801cae55.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağdam, sakin, atəş, xəstəxana
ağdam, sakin, atəş, xəstəxana
Ermənilərin Ağdamı atəşə tutması nəticəsində xəsarət alan mülki şəxsin vəziyyəti necədir?
Sağ diz və sol dirsək nahiyələrinin qəlpə yaralanması diaqnozu ilə gətirilən M.Həsənova lazımi tibbi yardım göstərilib.
BAKI, 20 sentyabr — Sputnik. Ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iriçaplı silahlardan atəşə tutulması nəticəsində yaralanan ekskavator operatorunun vəziyyəti stabildir.
AZƏRTAC xəbər verir ki, qəlpə yaraları alan Mehman Həsənov Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sağ diz və sol dirsək nahiyələrinin qəlpə yaralanması diaqnozu ilə gətirilən M.Həsənova lazımi tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, hazırda vəziyyəti stabildir, müalicəsi davam etdirilir.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində qanunsuz Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iriçaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa-quruculuq işləri aparan şirkətlərdən birinin ekskavator operatoruna - 1992-ci il təvəllüdlü mülki şəxs Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.11, 29, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürməyə cəhd) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.