Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Duda Ukraynanı boğulmamaq üçün hər şeyə əl atan, dərinliyə sürükləyəcək adama bənzədib

© AP Photo / Czarek SokolowskiPolşa Prezidenti Anjey Duda
Polşa Prezidenti Anjey Duda - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
Sentyabrın 15-də Avropa Komissiyası dörd növ Ukrayna kənd təsərrüfatı məhsullarının Aİ-nin bir neçə sərhəd ölkəsinə idxalına məhdudiyyətləri uzatmamaq qərarına gəlib.
BAKI, 20 sentyabr — Sputnik. Ukrayna özünü boğulan adam kimi aparır, batmamaq üçün hər şeydən yapışır və ona kömək etməyə çalışanları suda boğmaqla hədələyir.
"PAP" xəbər agentliyinin verdiyi xəbərə görə bunu Polşa Prezidenti Anjey Duda deyib.

"Biz suda boğulan biri ilə məşğuluq. Nə vaxtsa boğulan şəxsin xilas edilməsində iştirak etmiş hər kəs bilir ki, o, son dərəcə təhlükəlidir və dərinliklərə sürükləyə bilər... Bu, Polşa ilə Ukrayna arasındakı vəziyyəti xatırladır", - deyə Duda BMT-nin Nyu-Yorkdakı qərargahı qarşısında jurnalistlərlə söhbət edən zaman Ukrayna taxılına dair mübahisəni şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının xüsusi əməliyyatı başlayandan sonra Ukrayna "çox çətin vəziyyətdədir", ona görə də "bacardığı hər şeyə əl atır".
Duda qeyd edib ki, Polşa öz maraqlarından çıxış etməli və özünü qoruyacaq şəkildə hərəkət etməlidir, çünki boğulan şəxs digərlərini suda boğarsa, o, kömək ala bilməyəcək.
Polşa prezidenti onu da bildirib ki, Vladimir Zelenski ilə görüşmək planlarına baxmayaraq, ölkə liderlərinin BMT Baş Assambleyasının iclasındakı çıxışlarının qrafikində gecikmələrə görüş təxirə salınmalı olub. Bununla belə, o, görüşün daha sonra keçiriləcəyini istisna etmir.
Qeyd edək ki, sentyabrın 15-də Avropa Komissiyası dörd növ Ukrayna kənd təsərrüfatı məhsullarının Aİ-nin bir neçə sərhəd ölkəsinə idxalına məhdudiyyətləri uzatmamaq qərarına gəlib, lakin Kiyevi ixraca nəzarət tədbirləri tətbiq etməyə məcbur edib. Bundan sonra Slovakiya, Macarıstan və Polşa rəsmiləri qadağanı birtərəfli qaydada uzaddıqlarını açıqlayıblar. Ukrayna Macarıstan, Polşa və Slovakiya tərəfindən Ukrayna kənd təsərrüfatı mallarının idxalına birtərəfli məhdudiyyətlər tətbiq etməsi ilə bağlı ÜTT-yə (Ümumdünya Ticarət Təşkilatı) şikayət edib. Buna cavab olaraq hər üç Aİ ölkəsi koordinasiya platformasının iclaslarını boykot edəcəklərini açıqlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0