Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya BMT-də informasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirəcək

© AFP 2024 / LUDOVIC MARINBMT bayrağı
BMT bayrağı - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Abunə olmaq
Tədbirə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin sədrlik edəcək.
BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 22-də Rusiya BMT Baş Assambleyası sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində beynəlxalq informasiya təhlükəsizliyi mövzusunda tədbir keçirəcək.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya "RİA Novosti"yə müsahibəsində bildirib.
"Əgər müsahibəmizin formatı reklam blokuna imkan verirsə, mən 22 sentyabr tarixində nümayəndə heyətimizin beynəlxalq informasiya təhlükəsizliyi mövzusunda təşkil etdiyi tədbiri reklam etmək istərdim", - deyə Nebenzya bildirib.
Onun sözlərinə görə, tədbirə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin sədrlik edəcək və BMT-də Rusiyanın təşəbbüsü hələ 1998-ci ildə" irəli sürülmüş beynəlxalq informasiya təhlükəsizliyi mövzusunda müzakirənin başlanmasının 25-ci ildönümünə həsr olunacaq.
Nebenzyanın qeyd etdiyi kimi, beynəlxalq informasiya təhlükəsizliyi mövzusu hazırda "dalğanın zirvəsindədir". Rusiya BMT-dəki nümayəndə heyətləri tərəfindən buna böyük maraq görür və müzakirənin faydalı olacağını gözləyir", - deyə daimi nümayəndə əlavə edib.
Qeyd edək ki, Yüksək Səviyyə həftəsi 18-26 sentyabr tarixlərində keçiriləcək. Sentyabrın 19-da başlayacaq ümumi debatlar zamanı nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər. Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı sentyabrın 23-nə planlaşdırılıb.
Xəbər lenti
0