https://sputnik.az/20230919/moskva-ve-pekin-arasinda-strateji-dialoq-dunya-nizaminin-sabitlesmesine-komek-edecek-458740615.html
Moskva və Pekin arasında strateji dialoq dünya nizamının sabitləşməsinə kömək edəcək
Moskva və Pekin arasında strateji dialoq dünya nizamının sabitləşməsinə kömək edəcək
Sputnik Azərbaycan
Çin-Rusiya əməkdaşlığı heç bir üçüncü tərəfə qarşı yönəlməyib və qarşıdurma xarakteri daşımır. 19.09.2023, Sputnik Azərbaycan
2023-09-19T22:00+0400
2023-09-19T22:00+0400
2023-09-19T22:00+0400
çin
rusiya
moskva
pekin
abş
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452016941_0:160:3072:1888_1920x0_80_0_0_f0eaae86d6f34a219fb6d11f4e53cf78.jpg
BAKI, 19 sentyabr — Sputnik. Çin və Rusiya arasında strateji dialoq nəinki yaxın gələcəkdə onların qarşılıqlı fəaliyyətinin inkişaf istiqamətini müəyyənləşdirəcək, həm də dünya nizamının sabitləşməsinə töhfə verəcək. Çinin dövlət qəzeti olan "Global Times" qəzeti ekspertlərin bu fikrini dərc edib. Çərşənbə axşamı Moskvada strateji təhlükəsizlik üzrə Rusiya-Çin məsləhətləşmələri keçiriləcək. Məsləhətləşmələr Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Çinin xarici işlər naziri Van İ tərəfindən iki ölkənin nazirlik və idarələrinin nümayəndələrinin iştirakı ilə təşkil ediləcəklər. Pekindəki Çin Xarici Əlaqələr Universitetinin professoru Li Haydunun sözlərinə görə, strateji kanal Moskva ilə Pekin arasında fasiləsiz və yüksək səviyyəli qarşılıqlı əlaqələrin qorunması üçün həyati əhəmiyyət kəsb edir. Bu kanal, həmçinin ilin qalan hissəsində Çin-Rusiya qarşılıqlı əlaqələrinin konkret istiqamətini müəyyən etmək üçün də çox vacibdir. Li Haydun qeyd edib ki, qlobal təhlükəsizlik və iqtisadi şəraitin kəsişdiyi bir vaxtda, "Çin və Rusiya qlobal təhlükəsizlik məsələlərində BMT-nin mərkəzi funksiyasını aktivləşdirmək, həmçinin Asiya-Sakit okean regionunda və Avropa regionunda təhlükəsizliyin bərpasında konstruktiv rol oynamaq üçün birlikdə işləməlidirlər." "Çin - ABŞ, Rusiya - ABŞ münasibətlərdə ziddiyyətlərin olduğu bir şəraitdə Çin və Rusiya arasında strateji dialoq dünya nizamının sabitləşməsinə töhfə verir", – deyə nəşr Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun kiçik elmi işçisi Çjan Hunun sözləri sitat gətirib. Ekspert vurğulayıb ki, Çin-Rusiya əməkdaşlığı heç bir üçüncü tərəfə qarşı yönəlməyib və qarşıdurma xarakteri daşımır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452016941_171:0:2902:2048_1920x0_80_0_0_66fb7e238b2c310fbf10315270010ef4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, moskva, pekin, abş
Moskva və Pekin arasında strateji dialoq dünya nizamının sabitləşməsinə kömək edəcək
Çin-Rusiya əməkdaşlığı heç bir üçüncü tərəfə qarşı yönəlməyib və qarşıdurma xarakteri daşımır.
BAKI, 19 sentyabr — Sputnik. Çin və Rusiya arasında strateji dialoq nəinki yaxın gələcəkdə onların qarşılıqlı fəaliyyətinin inkişaf istiqamətini müəyyənləşdirəcək, həm də dünya nizamının sabitləşməsinə töhfə verəcək.
Çinin dövlət qəzeti olan "Global Times" qəzeti ekspertlərin bu fikrini dərc edib.
Çərşənbə axşamı Moskvada strateji təhlükəsizlik üzrə Rusiya-Çin məsləhətləşmələri keçiriləcək. Məsləhətləşmələr Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Çinin xarici işlər naziri Van İ tərəfindən iki ölkənin nazirlik və idarələrinin nümayəndələrinin iştirakı ilə təşkil ediləcəklər.
Pekindəki Çin Xarici Əlaqələr Universitetinin professoru Li Haydunun sözlərinə görə, strateji kanal Moskva ilə Pekin arasında fasiləsiz və yüksək səviyyəli qarşılıqlı əlaqələrin qorunması üçün həyati əhəmiyyət kəsb edir. Bu kanal, həmçinin ilin qalan hissəsində Çin-Rusiya qarşılıqlı əlaqələrinin konkret istiqamətini müəyyən etmək üçün də çox vacibdir.
Li Haydun qeyd edib ki, qlobal təhlükəsizlik və iqtisadi şəraitin kəsişdiyi bir vaxtda, "Çin və Rusiya qlobal təhlükəsizlik məsələlərində BMT-nin mərkəzi funksiyasını aktivləşdirmək, həmçinin Asiya-Sakit okean regionunda və Avropa regionunda təhlükəsizliyin bərpasında konstruktiv rol oynamaq üçün birlikdə işləməlidirlər."
"Çin - ABŞ, Rusiya - ABŞ münasibətlərdə ziddiyyətlərin olduğu bir şəraitdə Çin və Rusiya arasında strateji dialoq dünya nizamının sabitləşməsinə töhfə verir", – deyə nəşr Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun kiçik elmi işçisi Çjan Hunun sözləri sitat gətirib.
Ekspert vurğulayıb ki, Çin-Rusiya əməkdaşlığı heç bir üçüncü tərəfə qarşı yönəlməyib və qarşıdurma xarakteri daşımır.