https://sputnik.az/20230919/moskva-bmt-ts-nin-genislendirilmesi-barede-muzakirelerin-baslanmasini-isteyir-458714965.html
Moskva BMT TŞ-nin genişləndirilməsi barədə müzakirələrin başlanmasını istəyir
Moskva BMT TŞ-nin genişləndirilməsi barədə müzakirələrin başlanmasını istəyir
Sputnik Azərbaycan
Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var və bu ölkələrin hər biri şurada veto hüququna malikdir. 19.09.2023, Sputnik Azərbaycan
2023-09-19T08:13+0400
2023-09-19T08:13+0400
2023-09-19T08:13+0400
moskva
rusiya
peskov
dmitri peskov
ərdoğan
rəcəb tayyip ərdoğan
bmt tş
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852580_0:214:2880:1834_1920x0_80_0_0_06818d76898495264923deffbfaf1d84.jpg
BAKI, 19 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərinin sayının artırılması ilə bağlı dialoqa başlamaq lazımdır, Rusiya bu barədə dəfələrlə deyib. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Bu müzakirələr başlamalıdır və biz bu barədə bir neçə dəfə danışmışıq", - Peskov deyib. Eyni zamanda, o qeyd edib ki, bu proses çox mürəkkəb və uzunmüddətli danışıqlar tələb edir. Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa. Bu ölkələrin hər biri şurada veto hüququna malikdir. Coğrafi əsaslarla seçilən 10 dövlət üzvü qeyri-daimi üzv statusuna malikdir. Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT TŞ-in sıralarının genişləndirilməsi təklifi ilə çıxış edib. O, "dünya beşdən böyükdür" deyib. Eyni zamanda digər ölkələrin liderləri də bu təklifi dəstəkləyiblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852580_75:0:2806:2048_1920x0_80_0_0_f25589ef622275417e522f5e46e07379.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, peskov, dmitri peskov, ərdoğan, rəcəb tayyip ərdoğan, bmt tş
moskva, peskov, dmitri peskov, ərdoğan, rəcəb tayyip ərdoğan, bmt tş
Moskva BMT TŞ-nin genişləndirilməsi barədə müzakirələrin başlanmasını istəyir
Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var və bu ölkələrin hər biri şurada veto hüququna malikdir.
BAKI, 19 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərinin sayının artırılması ilə bağlı dialoqa başlamaq lazımdır, Rusiya bu barədə dəfələrlə deyib. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bu müzakirələr başlamalıdır və biz bu barədə bir neçə dəfə danışmışıq", - Peskov deyib.
Eyni zamanda, o qeyd edib ki, bu proses çox mürəkkəb və uzunmüddətli danışıqlar tələb edir.
Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa. Bu ölkələrin hər biri şurada veto hüququna malikdir. Coğrafi əsaslarla seçilən 10 dövlət üzvü qeyri-daimi üzv statusuna malikdir.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT TŞ-in sıralarının genişləndirilməsi təklifi ilə çıxış edib. O, "dünya beşdən böyükdür" deyib. Eyni zamanda digər ölkələrin liderləri də bu təklifi dəstəkləyiblər.