https://sputnik.az/20230918/xankendideki-ermeni-esilli-sakinlere-40-ton-unu-catdirilana-qeder-gozleyeceyik---azqac-458699679.html
Rusiya XİN yüklərin Ağdam və Laçın yolu ilə Xankəndiyə paralel keçirilməsini alqışlayır
Rusiya XİN yüklərin Ağdam və Laçın yolu ilə Xankəndiyə paralel keçirilməsini alqışlayır
Sputnik Azərbaycan
XİN bəyan edib ki, Rusiya üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsində, Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıdır. 18.09.2023, Sputnik Azərbaycan
2023-09-18T18:20+0400
2023-09-18T18:20+0400
2023-09-18T18:18+0400
qarabağ
azərbaycan qızıl aypara cəmiyyəti
qarabağ
erməni
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458531848_0:64:558:378_1920x0_80_0_0_d36c85f220be55359908f8ff9012d93f.jpg
BAKI, 18 sentyabr - Sputnik.Rusiya Xarici İşlər Nazirliyi (XİN) yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçməsini alqışlayır.Bu barədə Rusiya XİN-in saytında məlumat verilib.“Sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və Rusiya XİN-in iştirakı ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri nəticəsində hər iki istiqamətdən eyni vaxtda regiona ərzaq və dərman yüklərindən ibarət partiyalar çatdırılıb. Biz maneəsiz və müntəzəm çatdırılmaların davam edəcəyini gözləyirik”, - məlumatda qeyd edilib.Rusiya XİN bəyan edib ki, rəsmi Bakı ilə Qarabağ bölgəsinin erməni sakinləri arasında dialoqun başlanmasına, eləcə də liderlər arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması haqqında 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi üzrə ritmik işin bərpasına tərəfdardır. “Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq” - XİN-in məlumatında deyilir..16:36Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq - Şarl Mişel "Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq". Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "X" hesabında yazıb. O qeyd edib ki, artıq Qarabağın erməni sakinlərinə yardımlar aparılır. "Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq. İndi bu məsələ tam qaydaya salınmalıdır. Həmçinin Avropa İttifaqının dəstəkləməyə hazır olduğu hüquq və təhlükəsizlik üzrə Bakı və Qarabağın erməniəsilli əhalisi arasında danışıqlara başlamaq vacibdir",- Ş.Mişel bildirib.Xatırladaq ki, sentyabrın 17-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb. Belə ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb.18.09.23, 10:04BQXK-nin avtomobili yükü erməniəsilli vətəndaşlara çatdıraraq Ağdama qayıdıbBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.Bu barədə “Report” xəbər verir.Belə ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb.Həmin yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.***“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərib”.“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam və Laçın yolundan keçməklə insanlara lazım olan humanitar yükləri çatdırır: “Bu, un və tibbi ləvazimatlardır. Biz çox şadıq ki, qərar verənlər konsensusa gəliblər. Ümid edirik ki, bu humanitar konsensus insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasında dəstək olacaq.İlk dəfə idi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi eyni vaxtda həm Laçın, həm də Ağdam yolundan istifadə etməklə yükləri çatdırıb.17.09.202320:45"Artıq 20 gündür ki, müvafiq işçi heyətimizlə bərabər ərazidəyik. Ərzaq yüklü avtomobillərdə burdadır. Bütün müvafiq danışıqlar aparılsada hələki bir xəbər yoxdur". Bunu APA-ya açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC)baş katibi Ceyhun Mirzəyev deyib.Bildirib ki, ərzaq yüklü avtomobillər Xankəndində yaşayan erməniəsilli sakinlərə çatdırılana qədər ərazidə gözləyəcəklər:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458531848_0:11:558:430_1920x0_80_0_0_65954ff96d78be4e4709b3618aa23043.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan qızıl aypara cəmiyyəti, qarabağ, erməni
azərbaycan qızıl aypara cəmiyyəti, qarabağ, erməni
Rusiya XİN yüklərin Ağdam və Laçın yolu ilə Xankəndiyə paralel keçirilməsini alqışlayır
XİN bəyan edib ki, Rusiya üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsində, Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıdır.
BAKI, 18 sentyabr - Sputnik.Rusiya Xarici İşlər Nazirliyi (XİN) yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçməsini alqışlayır.
Bu barədə Rusiya XİN-in saytında məlumat verilib.
“Sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və Rusiya XİN-in iştirakı ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri nəticəsində hər iki istiqamətdən eyni vaxtda regiona ərzaq və dərman yüklərindən ibarət partiyalar çatdırılıb. Biz maneəsiz və müntəzəm çatdırılmaların davam edəcəyini gözləyirik”, - məlumatda qeyd edilib.
Rusiya XİN bəyan edib ki, rəsmi Bakı ilə Qarabağ bölgəsinin erməni sakinləri arasında dialoqun başlanmasına, eləcə də liderlər arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması haqqında 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi üzrə ritmik işin bərpasına tərəfdardır.
“Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq” - XİN-in məlumatında deyilir..
Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq - Şarl Mişel
"Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq".
Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "X" hesabında yazıb.
O qeyd edib ki, artıq Qarabağın erməni sakinlərinə yardımlar aparılır. "Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq. İndi bu məsələ tam qaydaya salınmalıdır. Həmçinin Avropa İttifaqının dəstəkləməyə hazır olduğu hüquq və təhlükəsizlik üzrə Bakı və Qarabağın erməniəsilli əhalisi arasında danışıqlara başlamaq vacibdir",- Ş.Mişel bildirib.
Xatırladaq ki, sentyabrın 17-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb. Belə ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb.
BQXK-nin avtomobili yükü erməniəsilli vətəndaşlara çatdıraraq Ağdama qayıdıb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.
Bu barədə “Report” xəbər verir.
Belə ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb.
Həmin yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərib”.
“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam və Laçın yolundan keçməklə insanlara lazım olan humanitar yükləri çatdırır: “Bu, un və tibbi ləvazimatlardır. Biz çox şadıq ki, qərar verənlər konsensusa gəliblər. Ümid edirik ki, bu humanitar konsensus insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasında dəstək olacaq.
İlk dəfə idi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi eyni vaxtda həm Laçın, həm də Ağdam yolundan istifadə etməklə yükləri çatdırıb.
"Artıq 20 gündür ki, müvafiq işçi heyətimizlə bərabər ərazidəyik. Ərzaq yüklü avtomobillərdə burdadır. Bütün müvafiq danışıqlar aparılsada hələki bir xəbər yoxdur". Bunu APA-ya açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC)baş katibi Ceyhun Mirzəyev deyib.
Bildirib ki, ərzaq yüklü avtomobillər Xankəndində yaşayan erməniəsilli sakinlərə çatdırılana qədər ərazidə gözləyəcəklər:
"Biz Qızıl Aypara Cəmiyyəti olaraq burdayıq. Halhazırda gözləyirik. Bu və ya digər şəkildə keçid üçün tam hazırıq. Gəlməkdə məqsədimiz odur ki, Xankəndidə yaşayan erməni əsilli sakinlərə 40 ton unu çatdıraq. Çatdırılana qədər də burada gözləyəcəyik. Əgər keçid baş tutarsa, biz orda insanlar arasında bir sorğu-qiymətlındirmə aparmalıyıq ki, ehtiyacları müəyyən edək. Ehtiyacları müəyyən etdikdən sonra növbəti mərhələdə ərzaq, qeyri-ərzaq və ehtiyac nəyədirsə, onu planlama aparıb yardım etməyə hazırlaşacağıq. Qızıl Aypara Cəmiyyəti buna tam hazırdır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.