https://sputnik.az/20230917/rusiya-abs-a-teqriben-1-milyard-dollarliq-gubre-ixrac-edib-458688372.html
Rusiya ABŞ-a təqribən 1 milyard dollarlıq gübrə ixrac edib
Rusiya ABŞ-a təqribən 1 milyard dollarlıq gübrə ixrac edib
Sputnik Azərbaycan
ABŞ-a gübrə ixrac edən ölkələrin ilk beşliyində Səudiyyə Ərəbistanı, İsrail və Qətər kimi ölkələr var. 17.09.2023, Sputnik Azərbaycan
2023-09-17T09:47+0400
2023-09-17T09:47+0400
2023-09-17T09:47+0400
rusiya
gübrə
abş
idxal
ixrac
dollar
milyon
https://cdnn1.img.sputnik.az/img/42172/42/421724285_0:0:3107:1748_1920x0_80_0_0_25768acc44967fab60cfa14a54d889fa.jpg
BAKI, 17 sentyabr - Sputnik. Cari ilin yanvar-iyul aylarında ABŞ Rusiya gübrələrinin alışını rekord həddə - 944 milyon dollara çatdırıb. Bu barədə RİA Novosti ABŞ statistika xidmətinəistinadən xəbər verir.Bildirilir ki, əvvəlki ən yüksək göstərici keçən il, yeddi ay ərzində alışların dəyəri 900 milyon dollara çatanda qeydə alınıb. Bu il isə ixracın dəyəri 5% artıb.Eyni zamanda, iyulda alışlar iyun ayı ilə müqayisədə üç dəfə, illik ifadədə isə demək olar ki, 40% azalaraq 54,4 milyon dollar təşkil edib. Bu, 2021-ci ilin avqustundan bəri qeyd olunan minimumdur.Rusiya bu il ABŞ-a ikinci ən böyük gübrə tədarükçüsüdür. Birinci yerdə yeddi ayda 2,8 milyard dollar dəyərində gübrə tədarük edən Kanadadır.İlk beşliyə həmçinin Səudiyyə Ərəbistanı (484,4 milyon dollar), İsrail (216 milyon dollar) və Qətər (214,2 milyon dollar) daxildir.Ümumilikdə, ABŞ bu ilin yanvar-iyul aylarında gübrə idxalını 22% azaldaraq, 6 milyard dollara endirib. Eyni zamanda, bu kateqoriya üzrə ABŞ-ın ixracı da - 36% azalaraq 3,4 milyard dollara düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42172/42/421724285_0:0:2567:1925_1920x0_80_0_0_e2c37b5fe3553a6b46152ec01e487d53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gübrə, abş, idxal, ixrac, dollar, milyon
gübrə, abş, idxal, ixrac, dollar, milyon
Rusiya ABŞ-a təqribən 1 milyard dollarlıq gübrə ixrac edib
ABŞ-a gübrə ixrac edən ölkələrin ilk beşliyində Səudiyyə Ərəbistanı, İsrail və Qətər kimi ölkələr var.
BAKI, 17 sentyabr - Sputnik. Cari ilin yanvar-iyul aylarında ABŞ Rusiya gübrələrinin alışını rekord həddə - 944 milyon dollara çatdırıb. Bu barədə RİA Novosti ABŞ statistika xidmətinəistinadən xəbər verir.
Bildirilir ki, əvvəlki ən yüksək göstərici keçən il, yeddi ay ərzində alışların dəyəri 900 milyon dollara çatanda qeydə alınıb. Bu il isə ixracın dəyəri 5% artıb.
Eyni zamanda, iyulda alışlar iyun ayı ilə müqayisədə üç dəfə, illik ifadədə isə demək olar ki, 40% azalaraq 54,4 milyon dollar təşkil edib. Bu, 2021-ci ilin avqustundan bəri qeyd olunan minimumdur.
Rusiya bu il ABŞ-a ikinci ən böyük gübrə tədarükçüsüdür. Birinci yerdə yeddi ayda 2,8 milyard dollar dəyərində gübrə tədarük edən Kanadadır.
İlk beşliyə həmçinin Səudiyyə Ərəbistanı (484,4 milyon dollar), İsrail (216 milyon dollar) və Qətər (214,2 milyon dollar) daxildir.
Ümumilikdə, ABŞ bu ilin yanvar-iyul aylarında gübrə idxalını 22% azaldaraq, 6 milyard dollara endirib. Eyni zamanda, bu kateqoriya üzrə ABŞ-ın ixracı da - 36% azalaraq 3,4 milyard dollara düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.