https://sputnik.az/20230917/qaliqlari-tapilanlarin-sexsiyyetinin-daha-tez-mueyyen-edilmesi-yolunda-ciddi-is-aparilir-458696644.html
Qalıqları tapılanların şəxsiyyətinin daha tez müəyyən edilməsi yolunda ciddi iş aparılır
Qalıqları tapılanların şəxsiyyətinin daha tez müəyyən edilməsi yolunda ciddi iş aparılır
Sputnik Azərbaycan
Azərbaycan mərkəzi ofisi Hollandiyada olan və itkin düşmüş şəxslər üzrə yeganə ixtisaslaşmış beynəlxalq komissiya ilə praktiki əməkdaşlığa başlayıb. 17.09.2023, Sputnik Azərbaycan
2023-09-17T17:38+0400
2023-09-17T17:38+0400
2023-09-17T17:38+0400
qarabağ
itkin düşənlər
qalıqlar
komissiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053122_0:160:3072:1888_1920x0_80_0_0_9c8d123bf46604d5b9af3320f2967cd3.jpg
BAKI, 17 sentyabr - Sputnik. Kütləvi məzarlıqların aşkar olunmasından sonra ən çox ehtiyac duyulan məsələ qalıqların şəxsiyyətlərinin daha tez müəyyənləşdirilməsidir. Apa-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib."Bu sahədə müəyyən qabaqcıl texnologiyalara ehtiyac var. Doğrudur, bizim dövlət qurumları bu yöndə çox ciddi formada iş aparırlar. Amma bununla yanaşı, ölkəmiz mərkəzi ofisi Hollandiyada olan və itkin düşmüş şəxslər üzrə yeganə ixtisaslaşmış beynəlxalq komissiya ilə praktiki əməkdaşlığa başlayıb. Onlar bu yaxınlarda Azərbaycanda oldular və yaxın zamanda bu istiqamətdə hesabat hazırlayacaqlar. Bizim gözləntimiz odur ki, onlar bizi yeni texnologiya ilə təmin etsin", - o əlavə edib.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov isə Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə bildirib ki, bu ilin sonu və ya gələn ilin əvvəllərində itkin düşmüş şəxslərin qeydiyyatı siyahısında dəyişiklik ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053122_171:0:2902:2048_1920x0_80_0_0_db2ed52fe180c829079f1ba9d644ba9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
itkin düşənlər, qalıqlar, komissiya
itkin düşənlər, qalıqlar, komissiya
Qalıqları tapılanların şəxsiyyətinin daha tez müəyyən edilməsi yolunda ciddi iş aparılır
Azərbaycan mərkəzi ofisi Hollandiyada olan və itkin düşmüş şəxslər üzrə yeganə ixtisaslaşmış beynəlxalq komissiya ilə praktiki əməkdaşlığa başlayıb.
BAKI, 17 sentyabr - Sputnik. Kütləvi məzarlıqların aşkar olunmasından sonra ən çox ehtiyac duyulan məsələ qalıqların şəxsiyyətlərinin daha tez müəyyənləşdirilməsidir. Apa-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
"Bu sahədə müəyyən qabaqcıl texnologiyalara ehtiyac var. Doğrudur, bizim dövlət qurumları bu yöndə çox ciddi formada iş aparırlar. Amma bununla yanaşı, ölkəmiz mərkəzi ofisi Hollandiyada olan və itkin düşmüş şəxslər üzrə yeganə ixtisaslaşmış beynəlxalq komissiya ilə praktiki əməkdaşlığa başlayıb. Onlar bu yaxınlarda Azərbaycanda oldular və yaxın zamanda bu istiqamətdə hesabat hazırlayacaqlar. Bizim gözləntimiz odur ki, onlar bizi yeni texnologiya ilə təmin etsin", - o əlavə edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov isə Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə bildirib ki, bu ilin sonu və ya gələn ilin əvvəllərində itkin düşmüş şəxslərin qeydiyyatı siyahısında dəyişiklik ediləcək.
"Çünki itkin düşməsi barədə əvvəllər dövlət qurumlarına məlumat verilməyən şəxslərin yaxınları komissiyaya müraciət ediblər", - deyə Azərtac qurum nümayəndəsinin sözlərinin sitat gətirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.