https://sputnik.az/20230917/daha-uzaq-menzilli-raketlerin-kiyeve-catdirmasi-ukraynada-veziyyeti-deyismeyecek---lavrov-458694308.html
Daha uzaq mənzilli raketlərin Kiyevə çatdırması Ukraynada vəziyyəti dəyişməyəcək - Lavrov
Daha uzaq mənzilli raketlərin Kiyevə çatdırması Ukraynada vəziyyəti dəyişməyəcək - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri bildirib ki, Ukrayna Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün "əli və bədəni ilə vuruşmağa" hazırlaşıb. 17.09.2023, Sputnik Azərbaycan
2023-09-17T15:53+0400
2023-09-17T15:53+0400
2023-09-17T15:53+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
raket
qərb
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457994736_0:0:2995:1685_1920x0_80_0_0_943cd552a236e7a14ff404b87c4ccf02.jpg
BAKI, 17 sentyabr - Spuitnik. Qərb ölkələri tərəfindən Kiyevə uzaqmənzilli raketlərin mümkün çatdırılması Ukraynada baş verənlərin mahiyyətini dəyişməyəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” verilişinə şərhində deyib.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457994736_157:0:2888:2048_1920x0_80_0_0_ab3a5d96fc1e8867ca9d39efeaa4ce21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
raket, qərb, ukrayna
Daha uzaq mənzilli raketlərin Kiyevə çatdırması Ukraynada vəziyyəti dəyişməyəcək - Lavrov
Rusiya XİN rəhbəri bildirib ki, Ukrayna Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün "əli və bədəni ilə vuruşmağa" hazırlaşıb.
BAKI, 17 sentyabr - Spuitnik. Qərb ölkələri tərəfindən Kiyevə uzaqmənzilli raketlərin mümkün çatdırılması Ukraynada baş verənlərin mahiyyətini dəyişməyəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” verilişinə şərhində deyib.
“Mən onların bəyanatlarını şərh etmək iqtidarında deyiləm; onların "həftəsində yeddi cümə günü" var. Bəlkə də ictimai rəy hazırlayırlar, amma bunun Ukraynada baş verənlərin mahiyyətini dəyişməyəcəyi faktdır. Baş verənlər ondan ibarətdir ki, Ukrayna Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün əli və bədəni ilə vuruşmağa hazırlaşıb, uzun illər hazırlaşıb”, - deyə Rusiya diplomatik departamentinin rəhbəri bildirib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.