Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Amerikalı zabit: Ukraynada münaqişə davam edərsə, Zelenski devriləcək

© AFP 2024 / JONATHAN NACKSTRANDUkraynada münaqişə
Ukraynada münaqişə - Sputnik Azərbaycan, 1920, 16.09.2023
Abunə olmaq
ABŞ dəniz piyadalarının sabiq kapitanı və İraq müharibəsi veteranı Metyu Ho bildirib ki, Ukrayna prezidenti çarəsiz vəziyyətdədir.
BAKI, 16 sentyabr — Sputnik. Ukraynada münaqişə davam edərsə, ölkənin Prezidenti Vladimir Zelenski dövlət çevrilişi nəticəsində devriləcək.
Bunu ABŞ dəniz piyadalarının sabiq kapitanı və İraq müharibəsi veteranı Metyu Ho "YouTube" kanalında deyib.
Onun fikrincə, Ukrayna lideri ölkənin "dəhşətli vəziyyətdə" olduğunu başa düşür.

"Əgər münaqişə davam edərsə, onun ölkəsi məhv olmaqda davam edəcək. Onun üçün ən yaxşı halda münaqişə dondurulacaq. Ən pis halda isə dövlət çevrilişi olacaq. O, indi çarəsiz vəziyyətdədir" - amerikalı ekspert deyib.

Ho həmçinin əlavə edib ki, Ukraynanın münaqişədə qalib gəlmək şansı yoxdur, çünki onun rəqibi çox güclüdür.
Bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Larri Conson bildirib ki, Zelenski əks-hücumda uğur qazanmadığına görə hərbi çevriliş nəticəsində devrilə bilər. Consonun fikrincə, Kiyevin Qərb müttəfiqləri Rusiyanı zəiflətməyə çalışarkən ciddi şəkildə yanılıblar, əslində Ukraynanı parçalanma həddinə çatdırıblar.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri (USQ) hücum zamanı artıq 71,5 min hərbçi itirib. O qeyd edib ki, Ukrayna ordusunun hücumunun heç bir nəticəsi yoxdur, əksinə böyük itkiləri var.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0