Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna bu gün 745 hərbçi və 40-dan çox PUA itirib - Rusiya MN

© Sputnik / РИА НовостиUkrayna ordusunun məhv edilmiş tankı
Ukrayna ordusunun məhv edilmiş tankı - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
Xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 470-ə yaxın hərbi təyyarəsi, 250-yə yaxın helikopteri, 6800 PUA-sı, 440-a qədər zenit-raket kompleksi, 11860-dan çox tank və digər zirehli döyüş texnikası məhv edilib.
BAKI, 15 sentyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya Silahlı Qüvvələrinin "Şərq" qoşun qruplaşmasının Cənubi Donetsk istiqamətindəki bölmələri Donetskin Novomayorski yaxınlığındakı Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumunu dəf edərək, bir gündə düşmənin 175-dən çox hərbçisini və 9 texnikasını məhv edib.
"Cənubi Donetsk istiqamətindəki "Şərq" qoşun qruplaşmasının bölmələri Donetskin Novomayorski yaşayış məntəqəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf ediblər", - nazirliyin məlumatında qeyd edilib.
Nazirlikdən əlavə ediblər ki, Donetskin Vladimirovka yaşayış məntəqəsi ərazisində USQ-nin 72-ci mexanikləşdirilmiş briqadası hava zərbələri və artilleriya atəşi ilə məhv edilib.
"Düşmənin bu istiqamətdə itkiləri 175-dən çox ukraynalı hərbçi, 2 zirehli döyüş maşını, 4 avtomobil, 2 D-30 haubitsası və bir D-20 silahı olub", - nazirlikdən bildiriblər.
Donetsk istiqaməti
Nazirliyin məlumatına görə, Donetsk istiqamətindəki "Cənub" qoşun qruplaşmasının bölmələri aviasiya və artilleriyanın dəstəyi ilə Donetskin Mayorsk və Kleşeyevka rayonlarında USQ-nin hücum qruplarının dörd hücumunu dəf edib.
"Düşmən 275-ə qədər hərbçisini, 4 zirehli döyüş maşınını, 4 avtomobilini, ABŞ istehsalı olan 3 M777 artilleriya sistemini, həmçinin "Qvozdika" özüyeriyən artilleriya qurğusunu itirib", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Bundan əlavə, Avdeyevka ərazisində Ukrayna Silahlı Qüvvələrinin 110-cu mexanikləşdirilmiş briqadasının silah-sursat anbarı məhv edilib.
Zaporojye istiqaməti
Zaporojye istiqamətində Rusiya qoşun qruplaşmasının bölmələri, aviazərbələri, artilleriya atəşi və ağır alovlu sistemlərinin dəstəyi ilə Zaporojye vilayətinin Rabotino rayonundakı 47-ci mexanikləşdirilmiş briqadasının iki hücumunu bir gündə dəf edilib.
Bundan əlavə, Verbovoye kəndinin qərbində Ukraynanın 80-ci desant-hücum briqadasının canlı qüvvəsinin və texnikasının cəmləşdiyi yer darmadağın edilib.
"145-dən çox ukraynalı hərbçi və 3 avtomobil məhv edilib. Əks-batareya mübarizəsi zamanı ABŞ istehsalı olan iki M777 artilleriya sistemi, İngiltərə istehsalı olan FH-70 silahı, həmçinin üç D-30 və bir D-20 haubitsaları məhv edilib", - nazirlikdən bildiriblər.
Krasnolimansk istiqaməti
Rusiya Silahlı Qüvvələrinin Krasnoliman istiqamətindəki "Mərkəz" qruplaşmasının bölmələri sukada aviasiya və artilleriya dəstəyi ilə Donetskin Torskoe yaşayış məntəqəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 63-cü mexanikləşdirilmiş briqadasının hücum qruplarının iki hücumunu dəf ediblər.
"Ukrayna Silahlı Qüvvələrinin itkiləri 55-ə qədər hərbçi, tank, 2 zirehli döyüş maşını, həmçinin D-20 silahı təşkil edib", - nazirlik əlavə edib.
Kupyansk istiqaməti
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kupyansk istiqamətindəki "Qərb" qoşun qruplaşmasının bölmələri aviasiya zərbələri və artilleriya atəşi ilə Xarkov vilayətinin Sinkovka, Berestovoye və Kislovka yaşayış məntəqələri ərazilərində Ukrayna qoşunlarının canlı qüvvəsi və texnikası məhv edilib.
"20-yə qədər ukraynalı hərbçi, 2 maşın, özüyeriyən artilleriya qurğusu məhv edilib: Bunlar ABŞ istehsalı olan "Paladin" M109 və "Qvozdika" özüyeriyən artilleriya qurğuları, ABŞ-ın M777 artilleriya sistemi, həmçinin AN/TPQ-48-in əks-batareya mübarizəsinin radar stansiyasıdır", - nazirliyin məlumatında deyilir.
Həmçinin, Kislovka yaşayış məntəqəsi ərazisində 103-cü ərazi müdafiə briqadasının silah-sursat anbarı məhv edilib.
Xerson istiqaməti
Rusiya ordusu Xerson istiqamətində 24 saat ərzində Ukraynanın 75-ə qədər hərbçisini, 4 avtomobilini və 2 "Akatsiya" özüyeriyən artilleriya qurğusunu məhv edib.
Bundan əlavə, Xerson vilayətinin Sadovoye qəsəbəsi ərazisində 126-cı ərazi müdafiə briqadasının silah-sursat anbarı darmadağın edilib.
USQ-nin rabitə mərkəzləri və radarlarının məhv edilməsi
Rusiya Silahlı Qüvvələri Donetskin Novomixaylovka yaşayış məntəqəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 79-cu desant-hücum briqadasının rabitə mərkəzini məhv edib.
Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının operativ-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriyası 137 rayonda düşmənin canlı qüvvəsini və hərbi texnikasını darmadağın edib.
Bundan əlavə, Dnepropetrovsk vilayətinin Novolozovatka yaşayış məntəqəsi ərazisində hava hədəflərini aşkar edən və izləyən P-18 radarı məhv edilib.
Hava hücumundan müdafiə işi
Rusiya hava hücumundan müdafiə sistemləri 24 saat ərzində "HIMARS" reaktiv yaylım atəş sisteminin (RYAS) 3 mərmisini sarsıdıb.
"Bundan başqa, Luqanskın Maloryazantsevo, Lisiçansk, Donetskin Novoandreyevka, Artyomovsk, Qorlovka, Zaporojye vilayətinin Kamenka-Dneprovskaya, Pologi və Tokmak yaşayış məntəqələri ərazilərində Ukraynanın 41 pilotsuz uçuş aparatı məhv edilib", - məlumatda deyilir.
Xüsusi hərbi əməliyyatın əvvəlindən
Ümumilikdə, xüsusi hərbi əməliyyatı (XHƏ) başlayandan indiyədək Ukraynaya məxsus 467 hərbi təyyarə, 249 helikopter, 6800 pilotsuz uçuş aparatı, 437 zenit-raket kompleksi, 11865 tank və digər zirehli döyüş texnikası, 1150 reaktiv yaylım atəşi sistemlərinin döyüş maşını, 6394 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 13 019 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Xəbər lenti
0