Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BMT Təhlükəsizlik Şurasının genişləndirilməsi getdikcə daha da aktuallaşır – Patruşev

© Sputnik / Арам НерсесянRusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
BMT birgə hərəkətlər tələb edən məsələlər üzrə dövlətlərin dialoq və koordinasiyasının əsas mexanizmi olaraq qalır. Təşkilatın nizamnaməsində isə artıq regional nümayəndəlik əsasında çoxqütblülük prinsipi qoyulub.
BAKI, 15 sentyabr — Sputnik. Çoxqütblü dünyanın formalaşması kontekstində BMT Təhlükəsizlik Şurasının tərkibinin Asiya, Afrika və Latın Amerikası ölkələrini də əhatə edəcək şəkildə genişləndirilməsi məsələsi getdikcə aktuallaşır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Unutmamalıyıq ki, BMT birgə hərəkətlər tələb edən məsələlər üzrə dövlətlərin dialoq və koordinasiyasının əsas mexanizmi olaraq qalır. Təşkilatın nizamnaməsində isə artıq regional nümayəndəlik əsasında çoxqütblülük prinsipi qoyulub. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının tərkibinin Asiya, Afrika və Latın Amerikası ölkələri hesabına genişləndirilməsi məsələsi getdikcə aktuallaşır", - deyə Patruşev Rusiyanın"Razvedçik"jurnalında yazdığı məqalədə qeyd edib.

"Eyni zamanda, ABŞ və onun müttəfiqləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə məhəl qoymayaraq, beynəlxalq hüququ özlərinin müəyyən etdiyi "qaydalara əsaslanan nizam"la əvəz etməyə çalışırlar", - deyə Patruşev qeyd edib.

"Özünün neokolonial istəklərində Qərb ASEAN, ŞƏT, BRİKS, MDB, Avrasiya İqtisadi İttifaqı və digərləri kimi ən vacib, lakin onun nəzarətində olmayan inteqrasiya birliklərini dağıtmağa çalışır, müstəqil dövlətləri öz vassallarına çevirməkdə uzunmüddətli məqsəd güdür", - deyə o, yazıb.
"Lakin əksər ölkələr ABŞ-ın və onun əlaltılarının qlobal siyasətinin nə qədər dağıdıcı xarakter aldığını, bu gün Qərbə düşüncəsiz boyun əyməyin intihara meyllilik olduğunu, bəşəriyyətin inkişafının birbaşa çoxqütblü dünyanın möhkəmlənməsindən və ənənəvi əxlaqi dəyərlərin qorunub saxlanmasından asılı olduğunu bilirlər", - Patruşev belə hesab edir.
Onun qiymətləndirməsinə görə, bu cür dünya quruluşuna keçmək üçün Qərb dünyasının dərin sosial-iqtisadi, siyasi böhranı, Qərbdən kənar cəmiyyətlərin isə sürətli inkişafı ilə əlaqədar obyektiv şərtlər formalaşıb.
"Bir sıra oyunçuların yeni tipli qlobal memarlıq qurmaq istəyində ifadə olunan subyektiv səbəblər də var ki, burada ölkələri və xalqları siniflərə, tiplərə və növlərə bölməyə yer olmayacaq", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib.
Xəbər lenti
0