Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-ın yeni sanksiyalarına baxmayaraq, Rusiya öz maraqlarını qorumaqdan vaz keçməyəcək

© Sputnik / Vladimir SergeevRusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli
Rusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov cümə axşamı günü Amerika sanksiyalarının yeni paketini şərh edib.
BAKI, 15 sentyabr — Sputnik. ABŞ başa düşməlidir ki, onun sanksiyalar spiralı heç bir nəticə verməyəcək və Moskva öz maraqlarını qorumaqdan əl çəkməyəcək.
Bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov cümə axşamı günü Amerika sanksiyalarının yeni paketini şərh edərkən deyib.
"Vaşinqtonun onun sanksiya spiralının heç bir yerə aparman yol olduğunu başa düşməsinin vaxtı çatıb. Ölkəmiz heç vaxt öz milli maraqlarını qorumaqdan əl çəkməyəcək və beynəlxalq münasibətlərdə bərabərlik və təhlükəsizliyin bölünməzliyi prinsiplərini qətiyyətlə müdafiə edəcək. Bu yaxınlarda keçirilmiş "Rusiya- Afrika", BRİKS və G20 sammitləri göstərdi ki, bizim bu məsələdə çoxlu tərəfdarlarımız və həmfikirlərimiz var", - deyə Antonov 24 şəxsə və, təxminən 150 şirkətə təsir edən anti-Rusiya tədbirlərinin yeni mərhələsini qiymətləndirmək xahişinə cavab olaraq bildirib.
Antonovun sözlərinə görə, Vaşinqton Rusiya iqtisadiyyatını çökdürmək ümidi ilə yenidən sanksiyalara əl atıb:

"İstər ümidsizlikdən, istərsə də illüziyadan Amerika hakimiyyəti fanatik şəkildə ölkəmizə zərər vurmaq üçün əlavə yollar icad edirlər".

Rusiya diplomatik missiyasının rəhbəri xatırladıb ki, Rusiya Federasiyası artıq "minlərlə birtərəfli məhdudiyyətlərə məruz qalıb", lakin bu, Qərbin gözləntilərinin əksinə olaraq, onun iqtisadiyyatını çökdürməyə kömək etməyib.
"Amerika hakimiyyəti üçün əlverişsiz olan bu faktı təkcə Bretton-Wud institutlarının hazırkı qiymətləndirmələri deyil, həm də onların gələcək proqnozları sübut edir. Hətta Ağ Evə yaxın jurnalistlər Rusiya iqtisadiyyatının bütün blitskriqlərə baxmayaraq, inamla öz ayaqları üstündə dayandığını əsəbiliklə qeyd edirlər", - deyə Rusiyanın ABŞ-dakı səfiri sonda əlavə edib.
Xəbər lenti
0