https://sputnik.az/20230914/sgaldan-azad-edilmis-erazilerde-yerqurulusu-ve-torpaq-kadastri-isleri-aparilir---foto-458621572.html
İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri aparılır - FOTO
İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri aparılır - FOTO
Sputnik Azərbaycan
İşğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Füzuli və Ağdam rayonları... 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T20:07+0400
2023-09-14T20:07+0400
2023-09-14T20:07+0400
qubadlı
qarabağ
əmlak məsələləri dövlət komitəsi
kadastr
füzuli rayonu
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0e/458621002_0:96:1024:672_1920x0_80_0_0_ef60e2bbf8355d7fd321f553427aa800.jpg
BAKI, 14 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin may ayından etibarən Laçın, Ağdam rayonları ilə yanaşı, Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində kadastr və yerquruluşu işləri aparılır. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, bu işlər çərçivəsində Füzulinin işğaldan azad olunmuş hissəsində 71 735 hektar çöl torpaq tədqiqatı və 19 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri həyata keçirilib. Müasir çöl ölçmə aparatlarından istifadə edərək 33 677 hektar ərazinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb. İşğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Füzuli və Ağdam rayonları üzrə ümumilikdə 687 min hektara yaxın ərazidə çöl ölçmə işləri icra olunub. Qeyd edək ki, torpaq kadastrı işləri çərçivəsində həmçinin, torpaqların iqtisadi qiymətləndirilməsi həyata keçirilir. Bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Ağdam və Füzuli rayonları üzrə ümumilikdə, 541 531 hektar ərazidə çöl torpaq tədqiqatı, 490 060 hektar ərazidə çöl geobotaniki tədqiqatlar aparılıb, torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi analizlərin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyalarına verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0e/458621002_0:0:1024:768_1920x0_80_0_0_a7d8906ebfc20c4c4342d5dd6a951b91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qubadlı, əmlak məsələləri dövlət komitəsi, kadastr, füzuli rayonu, işğaldan azad edilmiş ərazilər
qubadlı, əmlak məsələləri dövlət komitəsi, kadastr, füzuli rayonu, işğaldan azad edilmiş ərazilər
İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri aparılır - FOTO
İşğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Füzuli və Ağdam rayonları üzrə ümumilikdə 687 min hektara yaxın ərazidə çöl ölçmə işləri icra olunub.
BAKI, 14 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin may ayından etibarən Laçın, Ağdam rayonları ilə yanaşı, Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində kadastr və yerquruluşu işləri aparılır.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu işlər çərçivəsində Füzulinin işğaldan azad olunmuş hissəsində 71 735 hektar çöl torpaq tədqiqatı və 19 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri həyata keçirilib. Müasir çöl ölçmə aparatlarından istifadə edərək 33 677 hektar ərazinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb.
İşğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Füzuli və Ağdam rayonları üzrə ümumilikdə 687 min hektara yaxın ərazidə çöl ölçmə işləri icra olunub.
Qeyd edək ki, torpaq kadastrı işləri çərçivəsində həmçinin, torpaqların iqtisadi qiymətləndirilməsi həyata keçirilir. Bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Ağdam və Füzuli rayonları üzrə ümumilikdə, 541 531 hektar ərazidə çöl torpaq tədqiqatı, 490 060 hektar ərazidə çöl geobotaniki tədqiqatlar aparılıb, torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi analizlərin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyalarına verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.