Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: Moldovanın qeyri-dost addımı adekvat cavabsız qalmayacaq

© AFP 2024 / ALEXANDER NEMENOVRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Rəsmi Moskva Kişinyovdan rusdilli resurslara qarşı siyasi motivli təqibləri dayandırmağı tələb edib.
BAKI, 14 sentyabr — Sputnik. Moskva "Sputnik Moldova"-nın rəhbəri Vitali Denisovun Moldovadan çıxarılmasını Kişinyovun Rusiya əleyhinə kampaniyasının bir hissəsi kimi qiymətləndirir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirib.
Rəsmi Moskva Kişinyovdan rusdilli resurslara qarşı siyasi motivli təqibləri dayandırmağı tələb edib.
Rusiya XİN-dən o da bildirilib ki, Moldovanın qeyri-dost addımı adekvat cavabsız qalmayacaq.
Qeyd edək ki, sentyabrın 13-də "Sputnik Moldova" agentliyinin rəhbəri Vitali Denisov Moldovadan deportasiya olunub. Moldova Miqrasiya Xidmətinin əməkdaşları Denisovun yanına gələrək əşyalarını yığmağa və ev heyvanlarını özü ilə aparmağa imkan vermədən onu maşına mindirib və ilk reysdə deportasiya olunması qərarı ilə hava limanına aparıblar.
Onun ölkəyə girişinə 10 il qadağa qoyulub və Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu barədə məlumatlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0