https://sputnik.az/20230914/rf-taxil-sazisine-kend-teserrufati-mehsullari-dunya-bazarina-cixdiqda-qayidacaq-458623936.html
RF taxıl sazişinə kənd təsərrüfatı məhsulları dünya bazarına çıxdıqda qayıdacaq
RF taxıl sazişinə kənd təsərrüfatı məhsulları dünya bazarına çıxdıqda qayıdacaq
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, bunun üçün "Rosselxozbank" SWIFT sisteminə yenidən qoşulmalıdır, mərhələli qərarlar nəticə verməyəcək. 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T15:06+0400
2023-09-14T15:06+0400
2023-09-14T15:11+0400
rusiya
rusiya xin
taxıl
saziş
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273457_0:0:3072:1728_1920x0_80_0_0_3229338b6150467985e6a88b939a59a5.jpg
BAKI, 14 sentyabr — Sputnik. Qara dəniz taxıl təşəbbüsünün bərpası yalnız Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasında real imkan yarandıqdan sonra mümkün olacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin "Rossiya-24" telekanalında deyib. Verşinin qeyd edib ki, eyni zamanda, "Rosselxozbank" yenidən SWIFT sisteminə qoşulmalıdır, mərhələli qərarlar nəticə verməyəcək və problemin həll olunmasına gətirib çıxarmayacaq. Onun sözlərinə görə, bunun üçün bu bankdan sanksiya rejimini çıxarmaq, SWIFT sisteminə qoşmaq, bununla da, kənd təsərrüfatı məhsullarla və gübrələrlə bağlı əməliyyatları maneəsiz və problemsiz etmək lazımdır. 2022-ci ilin iyulunda bağlanmış taxıl sazişi - Ukrayna taxılını daşıyan gəmilər üçün dəhliz haqqında razılaşma iyulun 18-də dayandırılıb. Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda qeyd edib ki, Rusiya ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri öz vədlərini yerinə yetirmək niyyətində deyillər. Rusiya lideri dəfələrlə bildirib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sazişin əsas məqsədi - ehtiyacı olan ölkələrə taxıl tədarükü olub, bu isə heç vaxt həyata keçirilməyib. Buna baxmayaraq, Moskvada taxıl sazişinə dərhal qayıtmağa hazır olduqlarını bildiriblər, lakin bu, Rusiyaya aid olan hissədə həyata keçirilməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273457_332:0:3063:2048_1920x0_80_0_0_7499845939303135ac1411d9cd98dec4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, taxıl, saziş
RF taxıl sazişinə kənd təsərrüfatı məhsulları dünya bazarına çıxdıqda qayıdacaq
15:06 14.09.2023 (Yenilənib: 15:11 14.09.2023) Rusiya xarici işlər nazirinin müavini bildirib ki, bunun üçün "Rosselxozbank" SWIFT sisteminə yenidən qoşulmalıdır, mərhələli qərarlar nəticə verməyəcək.
BAKI, 14 sentyabr — Sputnik. Qara dəniz taxıl təşəbbüsünün bərpası yalnız Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasında real imkan yarandıqdan sonra mümkün olacaq.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin "Rossiya-24" telekanalında deyib.
"Bu şərtlər yerinə yetirildikdən və Rusiyadan kənd təsərrüfatı məhsullarının və gübrələrin dünya bazarlarına maneəsiz çıxışı üçün səylərindən real imkan yarandıqdan sonra təşəbbüsün bərpa edilməsi mümkündür", - deyə nazir müavini bildirib.
Verşinin qeyd edib ki, eyni zamanda, "Rosselxozbank" yenidən SWIFT sisteminə qoşulmalıdır, mərhələli qərarlar nəticə verməyəcək və problemin həll olunmasına gətirib çıxarmayacaq.
Onun sözlərinə görə, bunun üçün bu bankdan sanksiya rejimini çıxarmaq, SWIFT sisteminə qoşmaq, bununla da, kənd təsərrüfatı məhsullarla və gübrələrlə bağlı əməliyyatları maneəsiz və problemsiz etmək lazımdır.
"Bu kimi sadə şeylər il ərzində keçirdiyimiz məsləhətləşmələrin hər raundu ilə daha açıq aydın olub. Buna görə də, bu mərhələli qərarlar həll yolu deyil, bizi problemin həllinə aparacaq yol deyil", - deyə Verşinin "Rosselxozbank"ın SWIFT-ə qoşulma imkanını şərh edərkən bildirib.
2022-ci ilin iyulunda bağlanmış taxıl sazişi - Ukrayna taxılını daşıyan gəmilər üçün dəhliz haqqında razılaşma iyulun 18-də dayandırılıb. Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda qeyd edib ki, Rusiya ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri öz vədlərini yerinə yetirmək niyyətində deyillər.
Rusiya lideri dəfələrlə bildirib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sazişin əsas məqsədi - ehtiyacı olan ölkələrə taxıl tədarükü olub, bu isə heç vaxt həyata keçirilməyib.
Buna baxmayaraq, Moskvada taxıl sazişinə dərhal qayıtmağa hazır olduqlarını bildiriblər, lakin bu, Rusiyaya aid olan hissədə həyata keçirilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.