https://sputnik.az/20230914/mecburi-kockunler-dunya-ictimaiyyetine-muraciet-edibler-458628151.html
Məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ediblər
Məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ediblər
Sputnik Azərbaycan
Dünya ictimaiyyətinə çağırış edilib ki, Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı addımlara son qoymağı tələb etsin, bizim öz evimizə... 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T17:29+0400
2023-09-14T17:29+0400
2023-09-14T17:29+0400
məcburi köçkünlər
qarabağ
müraciət
dünya
ictimaiyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411969_0:205:2914:1844_1920x0_80_0_0_5e41cb233876166188215e3121c2d0ee.jpg
BAKI, 14 sentyabr — Sputnik. Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar. AZƏRTAC müraciəti təqdim edib. Müraciətdə deyilir:"Biz - Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə bəyan edirik ki, Qarabağ münaqişəsi 2020-ci ildə başa çatsa da, 3 ildir hələ də öz şəhər və rayonlarımıza, kəndlərimizə, evlərimizə, yurd yerlərimizə qayıda bilmirik. Ermənistan saxta təbliğat aparır ki, guya həmin bölgələrdə ancaq ermənilər yaşayıblar. Onlar hətta azərbaycanlıların tarixən həmin ərazilərdə yaşamaları faktını belə danır. Bu uydurma iddiadır! Bizik Xocalının, Xankəndinin, Kərkicahanın, Malıbəylinin, Quşçuların, Meşəlinin, Qaradağlının əsl, əzəli sakinləri! Biz Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq, soyqırımlara, kütləvi qırğınlara məruz qalmışıq. Etnik təmizləmələrlə bizim yaddaşımızı da silməyə çalışıblar, məscidlərimiz, doğmalarımızın qəbirləri dağıdılıb, təhqir olunub, evlərimiz viran edilib, yurd yerlərimizə qondarma adlar qoyulub. Nə qədər insan yurd həsrəti ilə bu dünyadan köçdü. Doğma yurd yerlərimizə böyük ağrı, iztirab hissi ilə ancaq foto və videolarda baxırıq. Bir vaxtlar xoşbəxt yaşadığımız ərazilər indi "boz zona"ya çevrilib. Ermənistan ordusunun qalıqları həmin ərazilərdən tamamilə çıxarılmalı, Ermənistanın yaratdığı və hələ də dəstəklədiyi oyuncaq xunta rejiminin tör-töküntüləri özünü buraxmalı, qanunsuz silahlı dəstələr tərksilah olunmalıdır. Bu, bizim tələbimizdir! Bu, bütün Azərbaycanın tələbidir! Azərbaycanın ərazi bütövlüyü bu ilin aprelində Laçında post qurulmaqla tam təmin edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli, düşünülmüş siyasəti bizi bu xoşbəxt günlərə çıxarıb. İndi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Evlərinə qayıdan Zəngilan, Laçın, Füzuli, Tərtər sakinlərinin yerə-göyə sığmayan sevinci bizi ruhlandırır, daha da ümidləndirir ki, biz də tezliklə bu Böyük Qayıdışın tərkib hissəsinə çevrilək. Buna görə də Xocalıda, Xankəndidə, Xocavənddə, indi "boz zona"ya çevrilmiş digər ərazilərdə də Azərbaycanın suverenliyi təmin olunmalıdır. Qarabağ bölgəsində yaşayan erməni sakinlərə səslənirik: siz Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyası, Azərbaycan qanunları ilə xoşbəxt yaşaya bilərsiniz! Özünüzün, övladlarınızın, gələcək nəsillərinizin taleyini Ermənistanın və onun dəstəklədiyi qanunsuz xunta rejiminin əli ilə zəhərləməyin! Qarabağ sülh, birgəyaşayış, firavanlıq məkanına çevrilməlidir! "Boz zona" həmişəlik qala bilməz. Bu dözülməzdir ki, biz hələ də evlərimizə qayıda bilmirik! Biz buradan bəyan edirik ki, hər birimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə inanırıq! Xocalıya, Xankəndiyə, Xocavəndə, Ağdərəyə qayıdacağımıza inanırıq! 30 ildən çoxdur ki, bir gün də olsun buna inamımız itməyib, bu günün böyük həsrəti ilə yaşayırıq! Hər il Xocalı soyqırımı günü Bakıda "Ana harayı" abidəsini ziyarət edirik. Biz Xocalı faciəsini həm də Xocalımızda qeyd etməliyik. Xocalı bizi gözləyir! Böyük səbirsizliklə "Əziz Xocalı, biz qayıtmışıq!" deyəcəyimiz günü gözləyirik. Dünya ictimaiyyətinə çağırış edirik ki, Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı addımlara son qoymağı tələb etsin, bizim öz evimizə qayıtmaq hüququmuz təmin edilsin! İmzalar: 1. Vəliyeva Xatirə - Xankəndi şəhər sakini, "Xankəndi - Məcburi Köçkünlərə Dəstək" İB sədri 2. Xudiyev Hikmət - Xankəndi sakini, Əməkdar jurnalist 3. Cəfərova Səriyyə - Xocalı rayon sakini, "Xocalı təcavüzünün tanıdılması" İB-nin sədri 4. Qasımova Flora - Xankəndi şəhər sakini, Prezident təqaüdçüsü 5. Məmmədov Vaqif - Xankəndi şəhər sakini 6. Vəliyev Nazim - Xankəndi şəhər sakini, həkim 7. Fərzəliyev Yusif - Xankəndi şəhər sakini, müəllim 8. Quliyeva Sevinc - Xankəndi şəhər sakini, həkim 9. Əlizadə Qəribə - Xankəndi şəhər sakini, müəllim 10. Əliyev İzzət - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini, sürücü 11. Cəfərsoy İlhami - Şuşa rayonu Malıbəyli kənd sakini, professor, müəllim 12. Allahverdiyev Mübariz, Xocalı rayon sakini, professor, müəllim 13. Bağırov Vahid - Xankəndi şəhər sakini, təqaüdçü 14. Mirzəyeva Aynur - Xankəndi şəhər sakini, müəllim 15. Qarabağlı Aydın - Xankəndi şəhər sakini, Əməkdar jurnalist 16. Kazımov Qalib – Xankəndi şəhər sakini 17. Səmədov Səbuhi - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini, şəhid övladı 18. Qasımov Ceyhun - Xankəndi şəhər sakini 19. Əliyeva Yeganə - Xankəndi şəhər sakini, müəllim 20. Kazımov Teymurxan - Xankəndi sakini 21. Rüstəmova Fiqurə - Xocalı rayon sakini, müəllim 22. Quliyev Elman - Xankəndi şəhər sakini 23. Zeynalov Yaqub - Xankəndi şəhər sakini, aktyor 24. Mustafayev Yaşar - Xankəndi şəhər sakini, müəllim 25. Mailov Namiq - Xankəndi şəhər sakini, jurnalist 26. Rəşidov Natiq - Xankəndi şəhər sakini 27. Əliyeva Nuridə - Xankəndi şəhər sakini, müəllimə 28. Rəsulov Novruz - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini 29. Quliyev Ramin - Xocalı şəhər sakini, müəllim 30. Hüseynova Samirə - Xocalı şəhər sakini, müəllim 31. Məmmədov Elxan - Xankəndi şəhər sakini 32. Mustafayev Qorxmaz - Ağdərə rayon sakini müəllim 33. Əmirov Xasay - Xankəndi şəhər sakini, müəllim 34. Fərəcov Vüqar - Xankəndi şəhər sakini 35. Əhmədova Ziba - Xankəndi şəhər sakini, təqaüdçü 36. Mirzəyev Sahib - Xankəndi şəhər sakini 37. Xudiyev İlham - Xankəndi şəhər sakini, jurnalist 38. Bəxtiyarova Sevda - Xankəndi şəhər sakini, müəllim 39. Quliyeva İradə - Xankəndi şəhər sakini, müəllim 40. Bağırova Sevil - Xankəndi şəhər sakini, müəllim 41. Qasımov Rafael - Xankəndi şəhər sakini 42. Əliyev Mürvət - Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakini, Qarabağ veteranı 43. Atakişiyev Sərhad - Xankəndi şəhər sakini, şəhid qardaşı 44. Məmmədova Emiliya - Xankəndi şəhər sakini, müəllim 45. Hüseynov İlqar - Xocavənd rayonu Qaradağlı kənd sakini 46. Muradova Rita - Xankəndi şəhər sakini, müəllim 47. Muradova Nazimə- Xankəndi şəhər sakini, təqaüdçü 48. Amil Quliyev - Xocalı rayon sakini, təqaüdçü 49. Quliyev Rafiq - Xocavənd rayonu Qaradağlı kənd sakini.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411969_92:0:2823:2048_1920x0_80_0_0_5feec3dd3fea9eb28dfc8b336f7d00d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məcburi köçkünlər, müraciət, dünya, ictimaiyyət
məcburi köçkünlər, müraciət, dünya, ictimaiyyət
Məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ediblər
Dünya ictimaiyyətinə çağırış edilib ki, Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı addımlara son qoymağı tələb etsin, bizim öz evimizə qayıtmaq hüququmuz təmin edilsin.
BAKI, 14 sentyabr — Sputnik. Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar. AZƏRTAC müraciəti təqdim edib.
"Biz - Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə bəyan edirik ki, Qarabağ münaqişəsi 2020-ci ildə başa çatsa da, 3 ildir hələ də öz şəhər və rayonlarımıza, kəndlərimizə, evlərimizə, yurd yerlərimizə qayıda bilmirik.
Ermənistan saxta təbliğat aparır ki, guya həmin bölgələrdə ancaq ermənilər yaşayıblar. Onlar hətta azərbaycanlıların tarixən həmin ərazilərdə yaşamaları faktını belə danır. Bu uydurma iddiadır! Bizik Xocalının, Xankəndinin, Kərkicahanın, Malıbəylinin, Quşçuların, Meşəlinin, Qaradağlının əsl, əzəli sakinləri!
Biz Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq, soyqırımlara, kütləvi qırğınlara məruz qalmışıq. Etnik təmizləmələrlə bizim yaddaşımızı da silməyə çalışıblar, məscidlərimiz, doğmalarımızın qəbirləri dağıdılıb, təhqir olunub, evlərimiz viran edilib, yurd yerlərimizə qondarma adlar qoyulub. Nə qədər insan yurd həsrəti ilə bu dünyadan köçdü.
Doğma yurd yerlərimizə böyük ağrı, iztirab hissi ilə ancaq foto və videolarda baxırıq. Bir vaxtlar xoşbəxt yaşadığımız ərazilər indi "boz zona"ya çevrilib.
Ermənistan ordusunun qalıqları həmin ərazilərdən tamamilə çıxarılmalı, Ermənistanın yaratdığı və hələ də dəstəklədiyi oyuncaq xunta rejiminin tör-töküntüləri özünü buraxmalı, qanunsuz silahlı dəstələr tərksilah olunmalıdır. Bu, bizim tələbimizdir! Bu, bütün Azərbaycanın tələbidir!
Azərbaycanın ərazi bütövlüyü bu ilin aprelində Laçında post qurulmaqla tam təmin edilib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli, düşünülmüş siyasəti bizi bu xoşbəxt günlərə çıxarıb.
İndi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Evlərinə qayıdan Zəngilan, Laçın, Füzuli, Tərtər sakinlərinin yerə-göyə sığmayan sevinci bizi ruhlandırır, daha da ümidləndirir ki, biz də tezliklə bu Böyük Qayıdışın tərkib hissəsinə çevrilək.
Buna görə də Xocalıda, Xankəndidə, Xocavənddə, indi "boz zona"ya çevrilmiş digər ərazilərdə də Azərbaycanın suverenliyi təmin olunmalıdır.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərə səslənirik: siz Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyası, Azərbaycan qanunları ilə xoşbəxt yaşaya bilərsiniz! Özünüzün, övladlarınızın, gələcək nəsillərinizin taleyini Ermənistanın və onun dəstəklədiyi qanunsuz xunta rejiminin əli ilə zəhərləməyin! Qarabağ sülh, birgəyaşayış, firavanlıq məkanına çevrilməlidir!
"Boz zona" həmişəlik qala bilməz. Bu dözülməzdir ki, biz hələ də evlərimizə qayıda bilmirik! Biz buradan bəyan edirik ki, hər birimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə inanırıq! Xocalıya, Xankəndiyə, Xocavəndə, Ağdərəyə qayıdacağımıza inanırıq! 30 ildən çoxdur ki, bir gün də olsun buna inamımız itməyib, bu günün böyük həsrəti ilə yaşayırıq!
Hər il Xocalı soyqırımı günü Bakıda "Ana harayı" abidəsini ziyarət edirik. Biz Xocalı faciəsini həm də Xocalımızda qeyd etməliyik. Xocalı bizi gözləyir! Böyük səbirsizliklə "Əziz Xocalı, biz qayıtmışıq!" deyəcəyimiz günü gözləyirik.
Dünya ictimaiyyətinə çağırış edirik ki, Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı addımlara son qoymağı tələb etsin, bizim öz evimizə qayıtmaq hüququmuz təmin edilsin!
1. Vəliyeva Xatirə - Xankəndi şəhər sakini, "Xankəndi - Məcburi Köçkünlərə Dəstək" İB sədri
2. Xudiyev Hikmət - Xankəndi sakini, Əməkdar jurnalist
3. Cəfərova Səriyyə - Xocalı rayon sakini, "Xocalı təcavüzünün tanıdılması" İB-nin sədri
4. Qasımova Flora - Xankəndi şəhər sakini, Prezident təqaüdçüsü
5. Məmmədov Vaqif - Xankəndi şəhər sakini
6. Vəliyev Nazim - Xankəndi şəhər sakini, həkim
7. Fərzəliyev Yusif - Xankəndi şəhər sakini, müəllim
8. Quliyeva Sevinc - Xankəndi şəhər sakini, həkim
9. Əlizadə Qəribə - Xankəndi şəhər sakini, müəllim
10. Əliyev İzzət - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini, sürücü
11. Cəfərsoy İlhami - Şuşa rayonu Malıbəyli kənd sakini, professor, müəllim
12. Allahverdiyev Mübariz, Xocalı rayon sakini, professor, müəllim
13. Bağırov Vahid - Xankəndi şəhər sakini, təqaüdçü
14. Mirzəyeva Aynur - Xankəndi şəhər sakini, müəllim
15. Qarabağlı Aydın - Xankəndi şəhər sakini, Əməkdar jurnalist
16. Kazımov Qalib – Xankəndi şəhər sakini
17. Səmədov Səbuhi - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini, şəhid övladı
18. Qasımov Ceyhun - Xankəndi şəhər sakini
19. Əliyeva Yeganə - Xankəndi şəhər sakini, müəllim
20. Kazımov Teymurxan - Xankəndi sakini
21. Rüstəmova Fiqurə - Xocalı rayon sakini, müəllim
22. Quliyev Elman - Xankəndi şəhər sakini
23. Zeynalov Yaqub - Xankəndi şəhər sakini, aktyor
24. Mustafayev Yaşar - Xankəndi şəhər sakini, müəllim
25. Mailov Namiq - Xankəndi şəhər sakini, jurnalist
26. Rəşidov Natiq - Xankəndi şəhər sakini
27. Əliyeva Nuridə - Xankəndi şəhər sakini, müəllimə
28. Rəsulov Novruz - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini
29. Quliyev Ramin - Xocalı şəhər sakini, müəllim
30. Hüseynova Samirə - Xocalı şəhər sakini, müəllim
31. Məmmədov Elxan - Xankəndi şəhər sakini
32. Mustafayev Qorxmaz - Ağdərə rayon sakini müəllim
33. Əmirov Xasay - Xankəndi şəhər sakini, müəllim
34. Fərəcov Vüqar - Xankəndi şəhər sakini
35. Əhmədova Ziba - Xankəndi şəhər sakini, təqaüdçü
36. Mirzəyev Sahib - Xankəndi şəhər sakini
37. Xudiyev İlham - Xankəndi şəhər sakini, jurnalist
38. Bəxtiyarova Sevda - Xankəndi şəhər sakini, müəllim
39. Quliyeva İradə - Xankəndi şəhər sakini, müəllim
40. Bağırova Sevil - Xankəndi şəhər sakini, müəllim
41. Qasımov Rafael - Xankəndi şəhər sakini
42. Əliyev Mürvət - Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakini, Qarabağ veteranı
43. Atakişiyev Sərhad - Xankəndi şəhər sakini, şəhid qardaşı
44. Məmmədova Emiliya - Xankəndi şəhər sakini, müəllim
45. Hüseynov İlqar - Xocavənd rayonu Qaradağlı kənd sakini
46. Muradova Rita - Xankəndi şəhər sakini, müəllim
47. Muradova Nazimə- Xankəndi şəhər sakini, təqaüdçü
48. Amil Quliyev - Xocalı rayon sakini, təqaüdçü
49. Quliyev Rafiq - Xocavənd rayonu Qaradağlı kənd sakini.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.