Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

© SputnikSuren Papikyan
Suren Papikyan - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Görüş zamanı üçtərəfli bəyanatın bütün bəndlərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb, Laçın yolu ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
BAKI, 14 sentyabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakov ilə görüşüb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı tərəflər Ermənistanla Azərbaycanın dövlət sərhədində və Qarabağda sülhməramlıların məsuliyyət zonasındakı vəziyyəti, habelə Rusiya sülhməramlı missiyasının effektivliyinin artırılması məsələsini müzakirə ediblər.
Həmçinin görüş zamanı üçtərəfli bəyanatın bütün bəndlərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb, Laçın yolu ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0