Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Belarusun Baş prokuroru Azərbaycanda səfərdədir - FOTO

© Photo : Prosecutor General's Office of the Republic of AzerbaijanBelarus Respublikasının Baş prokuroru Andrey Şved ölkəmizdə işgüzar səfərdədir
Belarus Respublikasının Baş prokuroru Andrey Şved ölkəmizdə işgüzar səfərdədir - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Baş prokuror Kamran Əliyevin dəvətilə Belarus Respublikasının Baş prokuroru Andrey Şved ölkəmizə işgüzar səfərə gəlib.
BAKI, 14 sentyabr — Sputnik. Bakıda keçiriləcək MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Belarus Respublikasının Baş prokuroru Andrey Şved ölkəmizə işgüzar səfərə gəlib.
Bu gün Baş Prokurorluqda keçirilmiş görüş zamanı iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının Azərbaycan Prezidenti cənab İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun birgə səyləri və siyasi iradələri sayəsində mümkün olduğu qeyd olunub.
© Photo : Prosecutor General's Office of the Republic of AzerbaijanBelarus Respublikasının Baş prokuroru Andrey Şved ölkəmizdə işgüzar səfərdədir
Belarus Respublikasının Baş prokuroru Andrey Şved ölkəmizdə işgüzar səfərdədir - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Belarus Respublikasının Baş prokuroru Andrey Şved ölkəmizdə işgüzar səfərdədir
Azərbaycan Respublikasının Baş prokuroru ölkəmizdə qanunun aliliyinin təmin olunması və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Andrey Şved təmsil etdiyi qurumun Azərbaycan ilə qarşılıqlı səmərəli əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0